Sabah Naxçıvanın bəzi hissələrində işıq olmayacaq
Cəmiyyət
1262
03 Nov 2025 | 11:59

Sabah Naxçıvanın bəzi hissələrində işıq olmayacaq

Sabah Naxçıvan şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilələr olacaq.
 
Moderator.az xəbər verir kİ, noyabrın 4-də saat 10:00-dan 14:00-dək "Azərişıq" ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025–2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən 110/35/10 kV-luq "Naxçıvan" yarımstansiyasından çıxan 20 nömrəli 10 kV-luq elektrik verilişi xəttində təmir-bərpa işləri aparılacaq.
 
Bununla əlaqədar şəhərin Səməd Vurğun, Şəhriyar və Xətai məhəllələrində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
 
Link kopyalandı!
Son xəbərlər