İcra başçılarına QADAĞA qoyuldu
Cəmiyyət
819
11:35, Bu gün

İcra başçılarına QADAĞA qoyuldu

Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin oktyabrın 30-da DTX tərəfindən saxlanılmasından sonra rayon rəhbərlərinin başının üstünü alan "qara buludlar" bir qədər də sıxlaşıb. İcra başçıları ilə bağlı əməliyyatların davam edəcəyi və yeni həbslərin olacağına dair iddiaların ardı-arası kəsilmir. Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradovun və daha bir neçə vəzifəli şəxsin noyabrın 1-də saxlanılmasından sonra bu ehtimallar bir qədər də qüvvətlənib.
 
Moderator.az xəbər verir ki, metbuat.az-ın əldə etdiyi məlumata görə, dünəndən etibarən kənd rayonlarına rəhbərlik edən məmurlara bir sıra məhdudiyyətlər tətbiq edilib. Onların çalışdıqları rayonları icazəsiz tərk etməsi qadağan olunub.
 
Xatırladaq ki, kənd rayonlarına rəhbərlik edən icra başçılarının əksəriyyəti Bakıda yaşayır. Onlar həftənin cümə günü paytaxta gəlir və birinci gün işlərinin başına dönürlər. Dünəndən etibarən onlara ciddi zərurət olmadığı halda işlədikləri rayonları tərk etməmək tapşırılıb. Bu isə o deməkdir ki, hüquq-mühafizə orqanları fəaliyyətində ciddi qanunsuzluqlara yol verən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rüşvət və korrupsiya ilə məşğul olan məmurların qapısını həftənin bütün günləri döyə bilər.
Link kopyalandı!
Son xəbərlər