DİM bu tarixdə imtahan keçirəcək
Cəmiyyət
648
11:06, Bu gün

DİM bu tarixdə imtahan keçirəcək

Noyabrın 5-i Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı keçiriləcək.
 
DİM-dən Moderator.az-a bildirilib ki, iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.
 
İmtahan saat 09:00-da başlanır.
 
“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.
 
Link kopyalandı!
Son xəbərlər