Bir narsist sizi münasibətlərdə necə manipulyasiya edir? - Üç gizli hiylə
Cəmiyyət
1257
03 Nov 2025 | 10:28

Bir narsist sizi münasibətlərdə necə manipulyasiya edir? - Üç gizli hiylə

Amerikalı psixoloq Mark Trevers münasibətlərdə narsissin partnyor üzərində nəzarəti necə qurduğunu izah edib. Treversin sözlərinə görə, narsisslə mübahisə etmək çox vaxt nəticəsizdir, çünki onların özünüqiymətləndirməsi hər şeydən üstündür və öz səhvlərini etiraf etməkdən qaçırlar.
 
Moderator.az Lent.az-a istinadla xəbər verir ki, psixoloq narsisslərin istifadə etdiyi gizli təsir üsullarını sadalayıb.
 
Sükut vasitəsilə cəza
 
Narsisslər ilk yazmır, zəng etmir və söhbətə başlamırlar. Hər hansı narahatlıq hiss etdikdə tamamilə uzaqlaşır, qarşı tərəfdə “sən ondan daha çox ehtiyaclısan” təəssüratı yaradırlar. Bu məsafə emosional qarışıqlıq yaradır və qurbanı geri dönməyə məcbur edir. Araşdırmalar göstərib ki, narsisslərlə münasibətdə olan insanlar tez-tez PTSR simptomları yaşayırlar.
 
Günahın ötürülməsi
 
Narsisslər münasibətlərdə və ya öz həyatlarında yolunda getməyən hər şeyə görə qurbanı günahlandırırlar. Onların baxışına görə, etdikləri hərəkət və münasibətdəki davranış qurbanın “səhəbinin nəticəsidir”.
 
Qazlaytinq
 
Narsisslər hadisələri yalnız öz prizmasından görürlər. Onların nə qədər incindi­yi və reaksiyalarının nə dərəcədə “haqlı” olması yalnız onların emosiyasına əsasən qiymətləndirilir. Qarşı tərəfin baxış bucağını görmə qabiliyyətləri zəifdir. Narsissizmin yüksək olması başqasının mövqeyini dərk etməyi çətinləşdirir və nəzarət ehtiyacı bu vəziyyəti qismən izah edir.
 
Mark Treversin fikrincə, narsisslər üçün əsas məqsəd nəzarəti əlində saxlamaqdır. Bu üsulların fərqində olmaq və necə işlədiyini başa düşmək insanın özünə sadiq qalmasına və manipulyasiya tələsinə düşməməsinə kömək edir.
Link kopyalandı!
Son xəbərlər