Təyyarədə
Cəmiyyət
2049
02:26, Bu gün

Təyyarədə "20 nəfər qabağa gəlsin" tələbi nəyə görə olub?

"Təyyarəni idarə etmək üçün pilotun idarəetmə orqanlarına tam çıxışı lazımdır. Qəzaya uğrayan təyyarənin kənardan çəkilən görüntülərindən aydın olur ki, təyyarə ciddi zədələnib və idarəetmədə ciddi problemlər yaşanıb".
 
Moderator.az Xəzər TV-yə istinadla xəbər verir ki, bu sözləri AZAL-ın 15 illik təcrübəyə malik pilotu Sərxan Məhərrəmov deyib.
 
Onun fikrincə, belə kritik vəziyyətdə pilot olaraq doğru qərarı vermək olduqca çətindir. Məsələn, təyyarəni suya endirmək hər zaman doğru seçim olmaya bilər və ya bu, hər şəraitdə mümkün deyil.
 
Kapitan Sərxan Məhərrəmov bildirib ki, Aktau yaxınlığında təyyarənin bir neçə dəfə dövrə vurması təsadüfi deyil. Pilotların bunu etməkdə məqsədi təyyarənin 10-15 tonluq yanacaq çənini boşaltmaqdır.
 
Kabindən yayılan videolarda bələdçinin "20 nəfər qabağa gəlsin" ifadəsi ilə bağlı Sərxan Məhərrəmov qeyd edib ki, bu da pilotun göstərişi ilə həyata keçirilib və peşəkarlığın nümunəsidir:
 
"Təyyarə o qədər stabillikdən çıxıb ki, kapitan stabilliyi bərpa etmək üçün müəyyən sayda sərnişinin qabağa keçməsini istəyib. Bu yolla heç olmasa, az da olsa, stabillik bərpa olunub".
 
Pilotun sözlərinə görə, belə faciəli qəza zamanı 29 nəfərin sağ qalması kapitan və ekipajın verdiyi doğru qərarların və peşəkarlığın sübutudur.
 
Mövzu ilə bağlı videomaterialı təqdim edirik:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər