Zelenski İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verdi
Cəmiyyət
1677
27 Dec 2024 | 21:05

Zelenski İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin faciəvi qəzaya uğraması ilə bağlı açıqlama verib.
 
O, Azərbaycan xalqına və Prezident İlham Əliyevə başsağlığı diləyib.
 
Zelenski hadisə ilə bağlı kəskin mövqe nümayiş etdirərək deyib:
 
“Görürük ki, qəza yerindən yayılan foto və videolar bu faciə üçün Rusiyanın məsuliyyətini açıq şəkildə göstərir. Əgər Rusiya MH17 hadisəsində olduğu kimi, yenə yalan məlumatlar yaymağa davam edərsə, bütün beynəlxalq ictimaiyyət Moskvanı həqiqəti ortaya qoymağa və günahkarları məsuliyyətə cəlb etməyə məcbur etmək üçün birləşməlidir.”
 
Ukrayna Prezidentinin bu bəyanatı, AZAL təyyarəsinin vurulması ilə bağlı Rusiyanın məsuliyyətinə dair beynəlxalq təzyiqlərin artacağını göstərir. Hadisənin obyektiv araşdırılması və ədalətin bərqərar olması Azərbaycan və dünya ictimaiyyəti üçün əsas gözləntilərdən biridir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər