Qəbələ RLS-in rəhbərliyi dəyişib
Cəmiyyət
1335
27 Dec 2024 | 19:11

Qəbələ RLS-in rəhbərliyi dəyişib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe" MMC-nin (Qəbələ RLS) direktoru Namiq Ələkbərov vəzifəsindən azad edilib.

 
Moderator.az "Report"a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.
 
Onun digər əmri ilə RLS-ə rəhbərlik İlkin Şıxqəmzəyevə həvalə olunub.
 
Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi ƏMDX-nin balansında olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər