Milli Məclisin payız sessiyası üzrə son plenar iclası dekabrın 29-da keçiriləcək.
Moderator.az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının sonunda məlumat verib.
Sədr qeyd edib ki, toplantının gündəliyi haqqında əlavə məlumat veriləcək.
Qeyd edək ki, mövcud qanunvericiliyə görə, iclasdan sonra deputatlar tətilə çıxacaq.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılır.
Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Tətildən sonra yaz sessiyası fevralın 1-də başlayacaq. Əgər fevralın 1-i istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Qeyd edək ki, bu gün də parlamentin plenar iclası var. Gündəliyə 17 məsələ daxil edilib.