Pensiyaların ödənişinə 7,2 milyard manat xərclənəcək
Cəmiyyət
2232
27 Dec 2024 | 14:50

Pensiyaların ödənişinə 7,2 milyard manat xərclənəcək

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə xərcləri 7 milyard 676,4 milyon manat proqnozlaşdırılır. Bu da 2024-cü ilin büdcəsinə nisbətən 10,45 % çoxdur.
 
Moderator.az xəbər verir ki, fondun 2025-ci il büdcəsinin gəlirləri 7 milyard 617 milyon 400 min manat nəzərdə tutulub.
 
Növbəti il əmək pensiyalarının ödənilməsi xərcləri 7 milyard 210 milyon 530 min manat proqnozlaşdırılıb. Məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri 198 milyon 410 min manat olacaq.
 
Fondun 2025-ci il üçün gəlirlərinin 78,73 faizi qədərini məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalat təşkil edəcək. Bu da 2024-cü ilin təsdiqlənmiş proqnoz məbləği göstəricisi ilə müqayisədə 9,48 faiz çoxdur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər