Prezident MÜHÜM FƏRMAN imzaladı
Cəmiyyət
2290
27 Dec 2024 | 12:11

Prezident MÜHÜM FƏRMAN imzaladı

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən televiziya, radio və nəşriyyata 67,8 milyon manat ayrılacaq.
 
Moderator.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin büdcəsi dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə Fərmanda öz əksini tapıb.
 
Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 0,2 % çoxdur.
 
O cümlədən, gələn il büdcədən “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə 42,6 milyon manat maliyyə yardımı nəzərdə tutulub ki, bu da bu ilə nisbətən eynidir.
 
İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə yardımı isə 0,1 % artırılaraq 21,8 milyon manata çatdırılıb.
 
Gələn il “Azərbaycan Nəşriyyatı” MMC-yə büdcədən ayırmalar da bu illə müqayisədə eyni - 2,4 milyon manat olacaq.
 
“Mir” Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycan Milli Nümayəndəliyinə büdcədən ayırmalar isə 0,95 % artırılaraq 0,7 milyon manata çatdırılıb.
 
Gələn il Mədəniyyət Nazirliyinin media fəaliyyəti üçün isə büdcədə bu ilə nisbətən eyni məbləğdə - 0,3 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər