Bizi sosial şəbəkələrdən izləyin:
Sağ olduğunu bu gün bildik, vəziyyəti yaxşıdır.
Bunu Qazaxıstanın Aktau şəhərinin yaxınlığında baş vermiş təyyarə qəzasında yaralanan Heydər Qədirovun qohumu Gözəlov Bəylər bildirib.
O, yeznəsinin vəziyyətinin yaxşı olduğunu açıqlayıb: “Qəza baş verdiyi gün hadisədən xəbərimiz oldu. Bu gün isə bildik ki, sağdır. Bu gün ölkəyə gətirilib, xəstəxanaya yerləşdirilib. Görüşəcəyik. Vəziyyəti yaxşıdır”.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.