Təyyarə qəzasında həlak olanların nəşi və yaralananlar BAKIYA GƏTİRİLİB
Cəmiyyət
1245
26 Dec 2024 | 21:33

Təyyarə qəzasında həlak olanların nəşi və yaralananlar BAKIYA GƏTİRİLİB

Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan AZAL-a məxsus təyyarədə xəsarət alanlardan daha 7 nəfər yaralı və həyatını itirən 4 nəfərin nəşi Bakıya gətirilib.
 
Onları Heydər Əliyev Hava Limanında yaxınları və aidiyyatı üzrə qurumlar qarşılayıblar.
 
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər