Qazaxıstan rəsmisi:
Cəmiyyət
1519
26 Dec 2024 | 19:30

Qazaxıstan rəsmisi: "Sabah "Embraer" şirkəti nümayəndələrinin Aktauya gəlişi gözlənilir"

"Sabah "Embraer" şirkətinin nümayəndələrinin Aktauya gəlməsi gözlənilir".

 
Oxu.Az "Tengrinews"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini, Aktauda baş vermiş təyyarə qəzasını araşdıracaq komissiyanın rəhbəri Kanat Bozumbayev brifinqdə bildirib.
 
"Onlar əsasnaməyə uyğun olaraq bizim Nəqliyyat Nazirliyi rəhbərinin başçılıq etdiyi qəza araşdırma komissiyasına daxil olacaqlar. Paralel olaraq polis və prokurorluq məhkəmə-tibbi ekspertizalar aparır. Ona görə də hazırda nədənsə danışmaq tezdir", - baş nazirin müavini əlavə edib
Link kopyalandı!
Son xəbərlər