Xocalıda teleqüllə inşa olunacaq – 18,4 milyon manat ayrıldı
Cəmiyyət
3767
26 Dec 2024 | 08:50

Xocalıda teleqüllə inşa olunacaq – 18,4 milyon manat ayrıldı

Xocalı rayonun inzibati ərazisində televiziya qülləsi (teleqüllə) inşa olunacaq.
 
Moderator.az xəbər verir ki, “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi rayonda bina və qülləsinin tikintisi işlərinə başlayır.
 
İstehsalat Birliyi teleqüllənin inşası işlərini “Körpü-Bina-Tikinti" MMC-yə həvalə edib və onunla 18,4 milyon manat dəyərində müqavilə bağlayıb.
 
Qeyd edək ki, Xocalı rayonunda teleqüllənin inşası işlərini həyata keçirəcək “Körpü-Bina-Tikinti" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 min manat olan şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.
 
 
Trend
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər