Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub.
Moderator.az xəbər verir ki, onlardan biri qəzadan əvvəl sərnişinləri sakitləşdirməyə çalışan və "Hər şey yaxşı olacaq" deyən stüardessa - 1991-ci il təvəllüdlü Hökumə Əliyevadır.
O, BDU-nun Hüquq fakültəsinin magistratura pilləsini bitirib, ailəlidir, övladı yoxdur. 2016-cı ildən stüardessa kimi çalışır.
Gəncə şəhər sakini olan Hökumənin adı sağ qalanlar arasında qeydə alınmayıb.
Atası onun vəfat etdiyini bildirib.