Bizi sosial şəbəkələrdən izləyin:
“Bildiyiniz kimi 26 dekabr ölkə rəhbərliyinin sərəncamı əsasında respublikada matəm elan olundu. Eyni zamanda da Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam həzrətləri bütün qazilərə, imamlara göstəriş verdi ki, sabah Azərbaycan məscidlərində matəm günü ilə əlaqədar anma tədbirləri keçirilsin”
Bunu Moderator.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının üzvü, İçəri Şəhər Cümə məscidinin axundu Hacı Surxay Məmmədli deyib. O daha sonra əlavə edib:
“Sabah, 26 dekabr Zöhr namazında təyyarə qəzasında həlak olanların ruhlarına dualar oxunacaq, minarələrdən quran səsləri ucalacaq, onların ruhlarına salavatlar deyiləcək. İnşallah bu mərasimlər saat 12:30-dan başlayıb saat 13:00-a qədər davam edəcək. Allah bütün xalqımıza səbr versin” deyə o bildirib.
Hacı Surxay təyyarədə həlak olanların dəfn olunması prossesindən də danışıb:
“Onlar şəriət qaydalarına uyğun dəfn olunacaqlar. Əlbəttə ki, ən əsası onlar üçün cənazə namazının qılınmasıdır” deyə Hacı Surxay Məmmədli bildirib.