Qazaxıstanın Xarici İşlər Nazirliyi Azərbaycana başsağlığı verib.
Bu barədə nazirliyin "X" sosial şəbəkəsində paylaşım edilib.
"Biz Aktau şəhərində Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı zərərçəkmiş ailələrə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Bu çətin dövrdə sizin kədərinizi paylaşırıq,"- paylaşımda deyilir.