Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstanda baş vermiş təyyarə qəzasında AZAL-a məxsus təyyarənin göyərtəsində olan 14 Azərbaycan vətəndaşı sağ qalıb.
Moderator.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
"Göyərtədə 37 Azərbaycan vətəndaşı olub. Onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Təyyarədə, həmçinin 16 Rusiya vətəndaşı olub - 7-si həlak olub, 9-u sağ qalıb. Qırğızıstandan olan üç sərnişin isə sağ qalıb. Təəssüf ki, Qazaxıstandan olan altı sərnişinin hamısı həlak olub", - deyə Karabayev Aktauda keçirdiyi brifinqdə bildirib.