Audiovizual Şura televiziyalara xatırlatma edib.
Moderator.az xəbər verir ki, 26 dekabr tarixinin matəm günü elan olunması ilə əlaqədar Audiovizual Şura xatırladıb ki, audiovizual media subyektləri tərəfindən "Media haqqında" Azərbaycan Respublikası Qanununun matəm günlərində audiovizual yayıma dair müddəalarının (39.2-ci və 39.3-cü maddələr) tələblərinə riayət olunmalıdır.
Qeyd edək ki, sözügedən maddələr aşağıdakı müddəaları ehtiva edir:
"39.2. Audiovizual yayımın səs və təsvirinə dair keyfiyyət göstəriciləri ilə bağlı tələblər Şura tərəfindən müəyyən edilir;
39.3. Ümumxalq hüzn, Anım və matəm günlərində audiovizual yayım aşağıdakı qaydada həyata keçirilməlidir:
39.3.1. komediya və erotik filmlər, televiziya və radio viktorinaları, yumoristik, əyləncəli və ümumxalq hüzn, Anım və matəm günlərinin mahiyyətinə uyğun olmayan digər proqramlar yayımlanmamalıdır;
39.3.2. reklam yayımlanmamalıdır (Anım Günü istisna olmaqla);
39.3.3. azı hər iki saatda bir dəfə ümumxalq hüzn, Anım və matəm günü ilə bağlı məlumat yayımlanmalıdır;
39.3.4. saat 12.00-da bir dəqiqəlik sükut elan edilməlidir".
17:40
Bu məlumat Audiovizual Şuradan verilib.
"Media haqqında" Qanunun tələblərinə uyğun addımlar atılacaq. Həmçinin ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə xəbərdə bildirilib.