Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstanın Aktau şəhəri yaxınnlığında baş vermiş təyarə qəzasını yerində araşdırmaq məqsədilə nümayəndə heyəti bu ölkəyə yola düşüb.
Moderator.az xəbər verir ki, Prezidenti İlham Əliyevin tapşırığı ilə yola düşən heyətin tərkibinə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri daxildir.