Bizi sosial şəbəkələrdən izləyin:
Dekabrın 23-də yola çıxan növbəti köç karvanı Şuşa şəhərinə çatıb. Bu mərhələdə şəhərə köçürülən 208 nəfərdən ibarət 51 ailəyə mənzillərin açarları təqdim edilib.
Moderator.az xəbər verir ki, köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Açarların təqdim olunması mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.