Seçki bülletenləri ilə bağlı qərar
Cəmiyyət
844
21 Dec 2024 | 14:40

Seçki bülletenləri ilə bağlı qərar

Seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydaları təsdiq olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
 
O bildirib ki, seçkilərdə ən həssas sənədlər seçki bülletenləridir:
 
"Seçki bülletenləri səsvermə tarixinə 10 günə qalmışa qədər çap olunmalıdır. Bülletenlər respublika üzrə qeydə alınmış seçicilərin sayının 3 faizindən artıq olmamaq şərti ilə hazırlanacaq. Bələdiyyə seçkilərində ən vacib məqam ondan ibarətdir ki, seçicilərə bir neçə nəfərə səs verə bilər. Bu hədd seçki bülletenlərinin üzərində qeyd olunacaq".
 
Beləliklə, müəyyən edilib ki, bələdiyyə seçkilərində istifadə olunması üçün ümumilikdə 6 milyon 52 min 721 ədəd seçki bülleteni hazırlanacaq.
 
Link kopyalandı!
Son xəbərlər