Bizi sosial şəbəkələrdən izləyin:
Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları - “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun, habelə Qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman həmin kateqoriyaya aid uşaqlara, habelə onların arasından olan şəxslərə dövlət qayğısının növbəti təzahürüdür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Moderator.az-a verilən məlumata görə, yeni qanunvericilik aktları ilə həmin şəxslər ilk dəfə işə düzəldikləri zaman onlara verilən birdəfəlik sosial ödəniş 5231 manatdan (o cümlədən 265 manat kompensasiya və hazırda orta aylıq əməkhaqqının beş mislindən az olmamaqla 4966 manat) 15 faiz artırılmaqla birdəfəlik müavinət olaraq 6000 manata çatdırılıb.
Qeyd edək ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qanunvericiliklə təhsil, tibbi xidmət, əmlak və yaşayış sahəsi, əmək hüququ üzrə bir sıra digər təminatları da vardır.