Bizi sosial şəbəkələrdən izləyin:
"6872 nəfər bələdiyyə seçkilərində iştirak üçün müraciət edib".
Moderator.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri müavini Rövzət Qasımov deyib.
Qurum rəsmisi bildirib ki, namizədlər tərəfindən 3800-ə qədər imza vərəqəsi təqdim olunub:
"350-yə yaxın şəxsin namizədliyi qeydə alınıb. Müraciət edən iddiaçıların 50 faizdən çoxu 21-35 yaş aralığındadır".