Həmkarlar Konfederasiyasının qəzeti bağlandı
Cəmiyyət
220
20:17, Bu gün

Həmkarlar Konfederasiyasının qəzeti bağlandı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) rəsmi mətbuat orqanı "Ülfət" qəzeti nəşrini dayandırıb.
 
Mətbu orqan noyabrın əvvəlində bağlanıb.
 
Həftəlik nəşr olunan qəzet 8-9 min tirajla çap edilirdi. Mətbuat orqanında 20-yə yaxın əməkdaş çalışıb.
 
Qəzet nəşrini dayandırdığına görə, baş redaktor Aqil Dadaşov da işdən çıxıb.
 
Hazırda "Ülfət"in elektron versiyası fəaliyyət göstərir.
 
Qeyd edək ki, adıçəkilən mətbu orqanın ilk sayı 1991-ci ilin may ayında çap olunub.
 
Xatırladaq ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 1993-2024-cü il aralığında Milli Məclisin deputatı Səttar Möhbalıyev rəhbərlik edib. Bu ilin avqustunda isə AHİK-in növbədənkənar VII qurultayında Sahib Məmmədov konfederasiyanın sədri seçilib. /Teleqraf.com/
 
Link kopyalandı!
Son xəbərlər