Britaniyanın Baş naziri: Bəşər Əsədin hakimiyyətdən getməsin alqışlayırıq
Cəmiyyət
1872
08 Dec 2024 | 20:09

Britaniyanın Baş naziri: Bəşər Əsədin hakimiyyətdən getməsin alqışlayırıq

Suriyada son saatlarda və günlərdə baş verən hadisələr görünməmiş bir hadisədir və biz bölgədəki tərəfdaşlarımızla məsləhətləşir və vəziyyəti yaxından izləyirik.
 
Bunu Britaniyanın Baş naziri Keir Starmer yaydığı bəyanatda bildirib.
 
“Suriya xalqı Bəşar Əsədin hakimiyyəti altında çox uzun müddət əziyyət çəkib və onun hakimiyyətdən getməsini alqışlayırıq.
 
Hazırda diqqətimiz sülh və sabitliyin bərpa olunmasına yönəlib biz bütün tərəfləri mülki insanları qorumağa habelə yaxın saatlarda və günlərdə ən həssas təbəqələrə yardımın çatdırılmasın təmin etməyə çağırırıq” - deyə bəyanatda bildirilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər