Uşaqlar üçün sosial media məhdudiyyətləri: Yaş həddi nə qədər olacaq?
1527
06 Dec 2024 | 22:59

Uşaqlar üçün sosial media məhdudiyyətləri: Yaş həddi nə qədər olacaq?

Yeni nəsil uşaqların ən böyük problemi internet və sosial mediadır. Onların virtual şəxsiyyətə çevrilməsinin və həyatdan qopmasının ən böyük səbəbi olan sosial media və internet asılılığının qarşısını almaq üçün mütəxəssislər valideynləri ilə daha çox vaxt keçirməyi tövsiyə edir.
 
 Moderator.az xəbər verir ki,dünyada bu istiqamətdə təcrübələr araşdırılarkən Türkiyəyə uyğun model yaratmaq üçün komissiya yaradılıb. Ekspertlərin rəyləri çərçivəsində isə yaş həddi 16-dan yuxarı olması ilə bağlı fikirlər səslənməkdədir.
 
Uşaqların sosial mediadan istifadəsi ilə bağlı dünyada tətbiqlər araşdırılarkən Türkiyəyə uyğun modellər hazırlamaq üçün komissiya yaradılıb.
 
Yaş həddinin nə qədər olacağı hələlik bəlli deyil, lakin hökumət onu 16 yaşla məhdudlaşdırmağı düşünür.
 
Sosial media məhdudiyyəti ilə bağlı Ailə və Sosial Xidmətlər Naziri Mahinur Özdemir Göktaş bu fikirləri səsləndirib:
 "Bizim fikrimiz budur ki,  uşaqların sosial mediadan istifadəsi 16 yaşla məhdudlaşdırılmalıdır. Ekspertlərimizin və qurumlarımızın fikirləri də bu istiqamətdədir. Uşaqlarımız bir çox fərqli zərərli məzmuna və həmyaşıd zorakılığına məruz qala bilər. Ona görə də bir tərəfdən uşaqlarımızı rəqəmsal dünyanın risklərindən qorumaq və eyni zamanda onların şüurlu istehlakını təmin etmək bizim borcumuzdur.Çox əhəmiyyətli tapıntılar əldə etdik. Bu seminarın həm ailə ünsiyyətini gücləndirmək, həm də uşaqlarımız üçün təhlükəsiz mühit yaratmaq baxımından nə qədər əhəmiyyətli olduğunu gördük".
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər