Əməkdar artist qızından imtina etdi, media orqanlarını hədələdi
Cəmiyyət
1720
05 Dec 2024 | 22:48

Əməkdar artist qızından imtina etdi, media orqanlarını hədələdi

"Bu gün 'Bizimləsən' verilişində rəhmətlik bacımın vəziyyətinə əsasən övladlığa götürdüyüm bacım qızımdan rəsmi şəkildə imtina etdiyimi bəyan etdim".
 
Bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial media hesabında bildirib.
 
Aktrisa, bundan sonra özü və anası üçün yaşamaq istəyi ilə bu addımı atdığını qeyd edib və media orqanlarına ciddi xəbərdarlıq edib:
 
"Bu məsələ ilə bağlı hansısa media orqanı qarşı tərəfdən mənim ictimai nüfuzuma xələl gətirəcək müsahibə alarsa, birbaşa aidiyyəti orqanlara və məhkəməyə müraciət edəcəyəm.
 
Allah bundan sonra mənə nə qədər ömür veribsə, anam və özüm üçün yaşamaq istəyirəm. Şəxsi həyatımla bağlı verdiyim qərara hörmətlə və həssaslıqla yanaşmağınızı xahiş edirəm".
 
Qeyd edək ki, Mehriban Xanlarovanın uzun illər qızı kimi təqdim etdiyi, 3 yaşından övladlığa götürdüyü Aysel onun mərhum bacısı Sevda Xanlarovanın qızıdır.
Link kopyalandı!
Son xəbərlər