51 ölkədən nümayəndələr Bakıda toplaşacaq, qərbi azərbaycanlılar üçün ədalət istəyəcəklər  
Cəmiyyət
949
04 Dec 2024 | 16:14

51 ölkədən nümayəndələr Bakıda toplaşacaq, qərbi azərbaycanlılar üçün ədalət istəyəcəklər  

Dekabrın 5 və 6-da Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ-Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək.
 
Moderator.az xəbər verir ki, konfransda 51 ölkədən 100-dən çox nümayəndə iştirak edəcək.
 
Konfransın rəsmi hissəsində Türkiyə Respublikasının sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü, NATO Parlament Assambleyasında Nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun çıxışı gözlənilir. Panel müzakirələri Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış; Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri; Beynəlxalq vəkillik və diplomatiyanın rolu; Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması; Mədəni irsin bərpası və qorunması kimi mövzuları əhatə edəcək.
 
Konfransda Türkiyə, Almaniya, İtaliya, ABŞ, Xorvatiya və başqa ölkələrdən diplomatlar, professorlar, siyasi-ictimai xadimlər çıxış edəcəklər.
 
Xatırladaq ki, analoji beynəlxalq konfrans ötən il də keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll” mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi.
 
Link kopyalandı!
Son xəbərlər