Cənubi Koreyada hərbi vəziyyət: Seul küçələrinə ağır texnika yeridildi
Cəmiyyət
2213
03 Dec 2024 | 19:38

Cənubi Koreyada hərbi vəziyyət: Seul küçələrinə ağır texnika yeridildi

Prezidentin hərbi vəziyyət elan etməsindən sonra Koreya Respublikası Milli Assambleyasının binasına giriş-çıxış bağlanıb.
 
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
 
Müxalifət prezidentin qərarını konstitusiyaya zidd adlandırıb. "Toburo" Demokratik Partiyası deputatları toplamaq qərarına gəlib.
 
Koreya Respublikasının Quru Qoşunlarının Baş Qərargah rəisi Pak An Su ölkədə hərbi vəziyyətin tətbiqindən sonra komandir təyin edilib. Hərbi vəziyyət müddətində Pak An Su Milli Assambleyanın, siyasi partiyaların və birliklərin fəaliyyətinə, eləcə də mitinqlərin keçirilməsinə qadağa qoyub. Həmçinin, regional parlamentlərin fəaliyyəti də qadağan edilib.
 
Cənubi Koreyada hərbi vəziyyətin tətbiqi fonunda Seul küçələrində hərbi texnika görüntülənib. Fotoları "Reuters" agentliyi yayıb.
18:28
 
Cənubi Koreyanın Müdafiə Nazirliyi əsas komandirlərin iclasını elan edib.
 
Bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
 
Bildirilir ki, bütün qoşun növlərinin komandirlərinə döyüş hazırlığının artırılması barədə göstəriş verilib.
 
18:10
 
Cənubi Koreya Prezidenti Yun Sok Yol müxalifəti parlamentə nəzarətdə, Şimali Koreyaya rəğbət bəsləməkdə və dövlət əleyhinə fəaliyyətlə hökuməti iflic etməkdə günahlandırıb. Bundan sonra o, fövqəladə hərbi vəziyyət elan edib.
 
Oxu.Az-ın "Yonhap"a istinadən verdiyi məlumata görə, Yun Sok Yol bu bəyanatı televiziya brifinqi zamanı verib.
 
O, bu addımı ölkənin konstitusiya quruluşunun qorunması üçün həyati əhəmiyyətli adlandırıb.
 
Xatırladaq ki, Yun Sok Yol 2022-ci ilin mart ayında ölkə prezidenti vəzifəsinə başlayıb.
Link kopyalandı!
Son xəbərlər