“Kişi müğənnilərində olan eqo heç qadın müğənnilərində yoxdur” - Aygünlə Yaşarın qalmaqalına münasibət-FOTO
2410
01 Dec 2024 | 10:32

“Kişi müğənnilərində olan eqo heç qadın müğənnilərində yoxdur” - Aygünlə Yaşarın qalmaqalına münasibət-FOTO

“Yaşar Cəlilov da, Aygün Şükürova da həqiqətən də savadlı ifaçılardır. Yaşar Bülbül adına orta ixtisas musiqi məktəbini bitirib. Aygün də həmçinin. Onlar bayağı müğənniləri bəyənmirlər. Tamam, bunu başa düşdük. Heç kim də ad çəkmir ki, bayağı müğənni kimdir? Ən böyük problemimiz budur. Bayağı müğənnilərin adları savadlı, özünə güvənən sənətçilər tərəfindən açıqlanmır”
 
Bunu Moderator.az -a tanınmış prodüser Pərviz Fəqan “Gün ortası” verilişində Yaşar Cəlilovla Aygün Şükürova arasında yaşanan qalmaqala münasibət bildirərkən deyib. O daha sonra əksər kişi müğənnilərində yüksək eqo olduğunu bildirib.
 
“Bizim kişi müğənnilərimizdə böyük eqo var. Hətta bu bizim qadın müğənnilərimizdə də yoxdur. Bu eqo da ondan irəli gəlir ki, bunlara nə vaxtsa kimsə deyib ki, sən yaxşı oxuyursan! Tamam, sən yaxşı oxuyursan, amma heç bir yeni mahnı təqdim etmirsən, konsert vermirsən, layihələr etmirsən. Konservatoriyanı, musiqi məktəbini bitirmisən, ayda 2-3 toyda oxuyursan ki, özünü dolandırasan. Amma bunlarla yanaşı hər şeydən də narazısan! Deyirsən ki, yüksək səviyyədə yaşamıram, maddi imkanım o qədər də yaxşı deyil. Bunun üçün özləri də çaba göstərib, əmək sərf etməlidirlər. Səhnə ilə bağlı heç bir iş görmürlər, dövlət əhəmiyyətli tədbirlərdə yer almırlar” deyə prodüser bildirib.
 
Pərviz Fəqan daha sonra “Gün ortası” verilişininin kadrarxasında Aygün Şükürova ilə Yaşar Cəlilov arasında yaşanan qalmaqalın efirdə də də davam etməsini qınayıb:
 
“İnsan bir səhv edə bilər. Səhv söz, cümlə işlədə bilər. Amma onu efirə gətirmək nə dərəcədə doğrudur? Kadrarxası çox şeylər baş verir. Onları efirə gətirsək, nəinki Azərbaycan, bütün dünya bizim televiziyaya baxar, bayağılığı dünyada təbliğ etmiş olarıq. Ələxsus da Aygün Şükürova elə-belə müğənni deyil. O savadlı və güclü səslərdən biridir. Tərbiyəsi də, mədəniyyəti də, əxlaqı da, geyimi də öz yerindədir. Yaşar da elə həmçinin. Amma kişi müğənnilərindəki bu eqonu anlaya bilmirəm. Konservatoriya bitirməklə, 1-2 dənə klassik əsər oxumaqla müğənni olunmur. Müğənni illərlə, zaman-zaman yetişir” deyə prodüser bildirib.
 
Qeyd edək ki, verilişdə qonaq olan müğənni Aygün Şükürova və həmkarı Yaşar Cəlilov səhnə arxasında söz savaşına çıxıb. Daha sonra veriliş başlasa da Aygün Şükürova canlı efirə çıxmaqdan imtina edib və qalmaqal canlı yayımda davam edib. Yaşar Cəlilov məsələyə aydınlıq gətirərək mübahisənin bayağı mahnılar üzərində düşdüyünü və Aygünün onunla kobud rəftar etdiyini bildirib.Yaşarın sözlərinə görə mübahisənin alovlanmasına səbəb Aygünün aparıcı prodüser Tarix Əliyevi tənqid edərək "Tarix "Tiktok"u bəyənmir, bütün günü canlı açıb orada oturur" sözlərini deməsi olub. Yaşar Aygünə irad bildirərək aparıcının dalınca danışmamasını, qeybət etməməsini tövsiyyə edib.Qalmaqalın böyüdüyünü görən Yaşar, Aygünün həyat yoldaşı Kənan MM-ə zəng edərək ondan şikayət edib. Aygün Şükürova Yaşarın bu hərəkətinin yalnış olduğunu və onu Kənanla şantaj etdiyini bildirib. Digər müğənni Azad Fərəc verilişə daxil olandan sonra Aygün Şükürova efiri tərk edib və veriliş onsuz davam edib.
Link kopyalandı!
Son xəbərlər