Bayıldakı “Mangal Steak House” restoranı AQTİ-nin “5 ulduz” sertifikatına layiq görülüb – İLK DƏFƏ
Cəmiyyət
741
06 Nov 2024 | 20:53

Bayıldakı “Mangal Steak House” restoranı AQTİ-nin “5 ulduz” sertifikatına layiq görülüb – İLK DƏFƏ

“Mangal Steak House Bayıl” restoranı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun  (AQTİ) ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında müəyyənləşdirdiyi reytinq təsnifatı üzrə “5 ulduz” sertifikatına layiq görülüb. Restoranın fəaliyyəti “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması məqsədilə institutun həyata keçirdiyi “Ulduz-reytinq” layihəsi çərçivəsində qiymətləndirilib. 
 
Noyabrın 6-da sertifikatın təqdim edilməsi mərasimi keçirilib. AQTİ-nin nümayəndəsi tədbirdə çıxış edərək bildirib ki, “Mangal Steak House Bayıl” restoranında aparılan qiymətləndirmə zamanı bu iaşə müəssisəsində qida təhlükəsizliyi təcrübələrinin tətbiq edildiyi müəyyən olunub. Nəticələrə əsasən, ictimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi prosesi çərçivəsində ilk dəfə olaraq, “Mangal Steak House Bayıl”a 5 ulduz sertifikatı verilməsi qərara alınıb. 
 Restoranın direktoru Elşən Qayıtmazov ölkəmizdə əhalinin sağlam və təhlükəsiz qida ilə təmin edilməsinin mühüm bir məsələ olduğunu, Qida Təhlükəsizliyi İnstitutunun bu sahədə vacib iş gördüyünü vurğulayıb. O deyib: “Bizim üçün çox sevindirici haldır ki, “Mangal Steak House” restoranının fəaliyyətinin montorinqi nəticəsində göstərdiyimiz ictmai iaşə xidməti yüksək qiymətləndirilib. Belə bir xoş hadisənin ölkəmizdə COP 29 kimi mötəbər beynəlxaq tədbirin başlanması ərəfəsində təsadüf etməsi bizim üçün çox əhəmiyyətlidir. Bizim uğurlarımız kollektivimizin birgə əməyi nəticəsində əldə edilir və mən buna görə işçi heyətin hər bir üzvünə təşəkkür edirəm. Bizə göstərilən etimada görə isə Qida Təhlükəsizliyi İnstitunun rəhbərliyinə minnətdarlığımı bildirirəm”. 
 
AQTİ-nin şöbə müdiri Samir Mehralıyev bildirib ki, qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin reytinq qiymətləndirilməsi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir: “Ulduz təsnifatı 3, 4 və 5 ulduz olmaqla aparılır. “Mangal Steak House” restoranının da retyinq qiymətləndirilməsi sahibkarın könüllü müraciəti əsasında aparılıb və burada qida təhlükəsizliyi təcrübələrinin tam təmin olunduğu müəyyən edilib. Reytinq qiymətləndirmələrinin nəticələri əsasında ilk dəfə olaraq “Mangal Steak House” 5 ulduz sertifikata layiq görülüb”.
 
AQTİ rəsmisi əlavə edib ki, reytinq qiymətləndirməsində iştirak etməyən sahibkarlar [email protected] elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində qiymətləndirmə aparılır və 10 iş günü müddətində nəticələr haqqında sahibkara rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq, ictimai iaşə obyektləri 1 il müddətinə müvafiq sertifikatla təmin edilir.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər