Bizi sosial şəbəkələrdən izləyin:
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi oktyabr ayı ərzində 28 aptekdə yoxlama aparıb.
Bu barədə Moderator.az-a Mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, Bakı şəhəri üzrə 27, respublikanın digər şəhər və rayonlarında isə bir aptek olmaqla, 26 aptekdə planlı, 2 aptekdə plandan kənar təftiş aparılıb. Yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb.
Məlumatda bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 452.3 maddəsi üzrə protokollar tərtib edilib.