Qarabağda daha bir yolun inşasına başlanıldı - VİDEO
Cəmiyyət
318
11:05, Bu gün

Qarabağda daha bir yolun inşasına başlanıldı - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası uğurla və sürətlə davam etdirilir.
 
Moderator.az xəbər verir ki, bu istiqamətdə işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Tərtər-Ağdərə avtomobil yolunun inşasına start verilib. 
 
Layihə üzrə sözügedən avtomobil yolunun uzunluğu 24,2 km, torpaq yatağının eni 15 metr təşkil edəcək. Tərtər-Ağdərə avtomobil yolu II texniki dərəcəyə uyğun 2 hərəkət zolaqlı olmaqla inşa edilir.  
 
Hazırda avtomobil yolu boyunca deformasiyaya uğramış örtüyün və yol əsasının, bəzi hissələrdə yararsız qruntun çıxarılması, yol yatağının genişləndirilməsi, torpaq yatağının, hamarlayıcı qatın və əsasın alt qatının tikintisi işləri aparılır. 
 
Bundan başqa inşa edilən yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə layihədə nəzərdə tutulan müxtəlif diametrlərə malik suötürücü boru və düzbucaqlı su keçidlərinin inşası da aparılır.
 
Tikinti işləri “İnşaat Norma və Qaydaları”na uyğun həyata keçirilir. İşlərin tərtib olunmuş qrafikə uyğun yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
 
Yolun inşası rahat gediş-gəlişi təmin etməklə yanaşı yolboyu sosial-iqtisadi inkişafa da müsbət təsir göstərəcək. 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər