“Dədə-babalarımın yurdu olan Şuşaya işğaldan azad olunandan sonra iki dəfə getmişəm. Birinci dəfə gedəndə hələ sülhməramlılar orada idi. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov bizi çox gözəl qarşıladı. Qudam özü də şuşalı olduğuna görə bizə bələdçi lazım olmadı. Cıdır düzündə gəzdik. İsa bulağına getdik. O vaxt İsa bulağında ruslar keşik çəkirdilər. Ehtiyyat edirdim. Üstümdə telefon falan da yox idi. O 6 metrlik yol mənə 60 metrlik yol kimi gəldi. Qarşıda bayrağımızı görəndə çox sevindim, qürurlandım. İsa bulağında sonuncu dəfə 17-18 yaşında olmuşdum. Bulaqdan su içdim, üzümü yudum. Həqiqətən də İsa bulağının suyu Azərbaycanda ən təmiz sudur. Hətta sudan evə də gətirmişdim”
Bunu Moderator.az -a açıqlamasında görkəmli sənətkar, məşhur tarzən Sadıqcanın kötücəsi, şair-publisist Elxan Cəfərov deyib. O daha sonra əlavə edib.“
“İkinci dəfə Şuşaya gedəndə artıq cənab prezident İlham Əliyev Sadıqcanın ev muzeyinin yaradılması ilə sərəncam imzalamışdı. Mən Şuşanı böyük bir tikinti meydançasına bənzətdim. Şəhər qaynayırdı, quruculuq işləri gedirdi. Mir Mövsüm Nəvvabın da məzarını ziyarət etdim. Bilirsiz ki, Sadıqcanla Mir Mövsüm Nəvvab quda olub. Onların arasında 13 il yaş fərqi var. Həm heyrətləndim, həm də özümə dedim ki, görəsən imkan olacaqmı Qarabağı laləzar vəziyyətində görüm? Bu gün bütün bu proseslərə baxanda normadan çox inkişafın olduğunu görmək asandır. Cənab prezidentimiz əlindən gələn hər şeyi edir. Şuşada yüksək səviyyəli otellərin tikilməsi o deməkdir ki, Şuşa həqiqətən də Türk dünyasının mədəniyyət paytaxtına çevrilir. Biz artıq bunu görürük. Allah qoysa Şuşada 30-dan çox otellər tikiləcək. Şuşa həqiqətən də nəinki sülh, mədəniyyət mdeydanına da çevriləcək. Şuşada mədəniyyət çox inkişaf edib. Bu şəhər muzey şəhəri olacaq. Bunu vaxtilə ulu öndər Heydər Əliyev də demişdi. Gözəl evlər tikilir. Xaricdən gələnlər də bütün bunları görəcəklər. Sadıqcan mənim babamın babası, anamın ulu babasıdır. Sadıqcanın evi il yarıma təhvil veriləcək. Böyük, 3 mərtəbəli evdir. Onun başqa evləri də olub, amma təkcə bu ev qalıb. Birinci mərtəbədə emalatxana olub, tar düzəldiblər. 2026-cı ilin aprel ayında Sadıqcanın ad günüdür. Yuxarı zalda tədbirlər keçirmək olar. İstər Sadıqcanla, istərsə də Şuşada olan digər mədəniyyət xadimləri ilə bağlı.. Sadıqcan haqda kitablar yazılıb, onlardan bir neçəsinin müəllifi və təsisçisi mənəm. Onları da ev muzeyində nümayiş etdirmək yaxşı olardı. Şuşada kiçik sahibkarlığı inkişaf etdirmək lazımdır. Çünki ora balaca şəhərdir, zavod tikmək olmaz. Turistlər gələcək, turizmi inkişaf etdirmək üçün orada kiçik sahibkarlıq yerləri açmaq lazımdır. Ermənilər Qarabağa kənd təsərrüfatı bazası kimi baxırdılar. Qarabağın bizdə olması istər-istəməz təsərrüfatımızı, iqtisadiyatımızı inkişafa aparacaq. Qaziləri xüsusilə Şuşada yerləşdirmək daha yaxşı olardı. Çünki müharibə görmüş adamlardır, hər şeyi bilirlər” deyə Sadıqcanın kötücəsi deyib.
Elxan Cəfərov bildirib ki, anası 90 yaşı adlayıb və ən böyük arzusu Şuşaya getməkdir.
“Sadıqcanın 3 oğlu olub, biri cavan rəhmətə gedib. İki oğlu qalıb. Mənim ulu babam böyük oğlu Əsəddir, 2-ci oğlu Bahadurdur. Mən Əsədin nəticəsi, Sadıqcanın kötücəsiyəm. Nəticələrdən sağ qalan şəxslərdən anamdır, xalamdır, sonra Moskvada yaşayan cazmen Vaqif Sadıqovdur, o biri nəsildən isə Elçindir. Mənim anam Şuşada doğulub, 1 il orada yaşayıb. Anamın əmisi də, dayısı da orada anadan olublar. Sadıqcanın və Mir mövsüm Nəvvabın nəticəsi Elçin Sadıqov var. O müharibəyə qədər Şuşada vuruşub. Bilirsiz ki, Mir Mövsün Nəvvabla Sadıqcan quda olublar. Mən hesab edirəm ki, insan gərək ədalətlə yanaşsın. Elçin müəllim Ramanada yaşayır. Allah etsin ki, o gedib Şuşada yaşasın. Özü də yaşamaq istəyir, övladları da. Yaxşı aşbazdır, orada elə adamlara ehtiyac var. Həm də orada sonuncu dəfə Elçin olub, onun yaşaması da məqsədəuyğun olardı. Elçin Sadıqov şəcərəni də bilir, sabah bir turist gəlsə həmin muzeyə o izah edə biləcək. Bələdçi kimi də fəaliyyət göstərə bilər. Anamın 92 yaşı var. Arzu edirəm ki, yaxşı olsun, Şuşaya getsin. O çox arzulayır getməyi, təəssüf ki, hələ səhhəti imkan vermir” deyə o bildirib.
Sadıqcanın kötücəsi ulu babasının tar alətinin təkmilləşdirilməsinə və muğam sənətinə verdiyi töhfələrdən də danışıb.
“Sadıqcanı atası Əsədulla kişi aparır Xarrat Qulununun yanına. Xarrat Qulu da məktəb yaradır, onda da Sadıqcanın səsi var idi, oxuyurdu. Daha sonra səsi batır, amma ruhdan düşmür, musiqiyə meylli olur, o başlayır tütəkdə, kamançada çalmağa. Sonra isə meyli keçir tara. Şöhrət artdıqca el arasında başlayırlar ona Sadıqcan deməyə. Sonra 60-cı illərdə Xurşudbanu Natəvanın “Məcslisi Üns”, Mir Mövsün Nəvvabın “Məclisi Fəranquşan”-da iştirak edir. Sadıqcandan öncə bir simli tar idi. Birinci tarı yaradıb Əbu Nəsr əl Fərabi. O tarla muğamları müşayiət etmək o qədər də asan deyildi. Ona görə 1 simli tarı Sadıqcan rekanstruksiya edir, sinəyə qaldırır, orda 1 sim var idi, onu çatdırır, 18-ə, sonra 13-ə enir. Sonra axırda da 13-ü 11 edir. O bizim Azərbaycan muğamlarına yenilik verdi, təkmilləşdirdi. Zabul pərdəsini əlavə etdi, Mahura, Bayatı şiraza əlavə dilingələr yazdı. Qabaq toyda muğam 2-3 saat gedirdi, adam yorulurdu, yorğunluğu götürmək üçün o əlavə nələrsə yazdı” deyə o bildirib.
Elxan Cəfərov bildirib ki, o Sadıqcanın ədəbi irsini hər zaman təbliğ edib.
“Sadıqcanın 170 illik yubileyi olanda özümə borc bildim ki, bunu qeyd edim. Anamın əmisi Teymur, el arasında ona Temir deyirdilər. 140 illiyini Temir əmi etdi. 160 illiyini dayım etdi ya da anamın əmisi qızı. 170 illiyini də özüm etdim. İndi onlar rəhmətə gedib, növbə mənimdir. Kitabların çapı ilə bağlı çox hörmətli deputatımız Azay Quliyevin yanına getdim. Sağ olsun, çapı o qarşıladı, 8 min manat ayırdı. Kitabların təqdimatını, tədbirləri özüm keçirdim. O vaxt hələ Beynəlxalq Muğam Mərkəzinin direktoru olan xalq artisti Murad Hüseynov heç bir təmənna güdmədən mərkəzdə tədbirlərin keçirilməsinə dəstək göstərdi. Xalq yazıçısı Çingiz Abdullayevdən də dəstək görmüşəm. Çox istərdim ki, musiqi məktəblərinin, konservatoriyanın rəhbərləri, nazirlik bundan sonra Sadıqcanla bağlı olan tədbirlərdəvə yaxud kitabların hazırlanmasında mənə dəstək göstərsin” deyə Sadıqcanın kötücəsi deyib.