COP29 ərəfəsi Bakını nələr gözləyir? – AÇIQLANDI
Cəmiyyət
345
09:39, Bu gün

COP29 ərəfəsi Bakını nələr gözləyir? – AÇIQLANDI

Azərbaycanın nəbzi COP29 tədbiri ilə döyünür. Bu, Bakıda daha çox his edilir, çünki BMT-nin iqlim konfransı paytaxtımızda keçiriləcək. Bununla əlaqədar ölkəmizə 80 minə yaxın qonağın gələcəyi gözlənilir.
 
İndi ictimaiyyəti bir suallar maraqlandırır:
 
COP29 ərəfəsi və konfrans günlərində Bakıda hansı məhdudiyyətlər tətbiq ediləcək? Mövcud sual hər gün daha da aktuallaşır. Ona görə ki, hələlik bu barədə rəsmi və birmənalı qərar yoxdur.
 
Məsələn, hansı yollar bağlı olacaq? Hansı küçələrdə məhdudiyyət tətbiq ediləcək? Restoranlar, şadlıq evləri işləyəcəkmi? İş yerləri bağlanacaqmı? Təhsil müəssisələri onlayn dərs rejiminə keçəcəkmi?
 
COP29 günlərində məhdudiyyətlər qaçılmaz görünür. Artıq indidən bir neçə ərazidə yolların bağlanacağı, məhdudiyyətin tətbiq olunması barədə xəbərlər yayılıb.
 
Globalinfo.az-a istinadən həmin xəbərləri aşağıdakı kimi təsnifatlaşdırıb, təqdim edirik:
 
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) rəisi, polis polkovniki Namidan Piriyevin sözlərinə görə, COP29 tədbiri zamanı müəyyən yollarda məhdudiyyətlər tətbiq ediləcək. Vətəndaşların rahat hərəkət edə bilməsi üçün alternativ yollar təklif olunacaq.
 
Elm və Təhsil Nazirliyindən verilən məlumatlardan aydın olur ki, konfrans başlayandan orta məktəblərdə 8 noyabrdan 22 noyabra kimi payız tətili elan edilib, ali məktəblər isə distant təhsilə keçid edir.
 
Saytımıza daxil olan məlumata görə, 8 noyabrdan 27 noyabr tarixlərinə kimi Bakıda toy mərasimləri də təxirə salınacaq. Bildirilir ki, yollarda hərəkətin məhdudlaşdırılması səbəbindən şadlıq evləri belə qərar verib.
 
Ekspertlər qeyd edir ki, Azərbaycanın beynəlxalq miqyasda bir başqa aspektdən tanınmasına yardım edəcək COP29 tədbiri ölkəmizə böyük dividentlər qazandıracaq. Bəzi dairələr buna görə Azərbaycana qarşı COP29 öncəsi qara və qərəzli antitəbliğat kampaniyası aparır.
 
ABŞ və Avropa mediası, bəzi beynəlxalq insan haqları təşkilatları eyni mərkəzdən tapşırıq alıblarmış kimi, ölkəmiz əleyhinə kampaniya aparırlar. İş o yerə çatıb ki, Azərbaycan əleyhinə cinayət əməllərinə yol vermiş Bakıda həbsdə saxlanan separatçı ermənilərin belə azadlığa buraxılması tələb olunur. Bütün bunlar isə Azərbaycan dövlətinin dəmir iradəsi ilə qarşılanır.
 
Məlumat üçün bildiririk ki, COP29-la bağlı Bakıya gələn qonaqların yerləşdirilməsi üçün bir çox otellərin aylar öncə bron edildiyi deyilir.
 
COP29 konfransı ərzində gözlənilən yüksək tələb və sıx uçuş qrafiki səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanının bütün terminallarının tam istifadə olunacağı gözlənilir.
 
Tədbir zamanı COP29 avtobusları ödənişsiz olacaq.
 
İnanırıq ki, COP29 kimi nüfuzlu bir tədbirə Azərbaycan uğurla ev sahibliyi edəcək. Bu konfrans ölkəmizə ciddi iqtisadi və siyasi dividentlər qazandıracaq.
Ətraflı
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər