Bu şəxslərin qazı kəsiləcək - AÇIQLAMA
2018
02 Nov 2024 | 14:56

Bu şəxslərin qazı kəsiləcək - AÇIQLAMA

"Ümumiyyətlə, hamam otaqlarında qaz avadanlıqlarının quraşdırılması təhlükəsizlik baxımından məqsədəuyğun deyil. Amma quraşdırılsa belə, mütləq təhlükəsizlik qaydalarına riayət etmək lazımdır". 
 
Moderator.az xəbər verir ki, bunu milli.az-a təhlükəsizlik məsələləri ilə bağlı ekspert Elmar Nurəliyev deyib.
 
O bildirib ki, həmin qaydalara əsasən, hamamın kvadratı minimum 7 kvadrat metr, hündürlüyü isə minimum 2.2 metr olmağı nəzərə alınaraq havalandırma və ventilyasiya sistemi olmalıdır. 
 
"Həmçinin, hamam otağındakı tüstü bacası standartlara uyğun olaraq ən azı damdan yarım metr yüksəkdə çat olmadan işlək vəziyyətdə olmalıdır. Quraşdırılması isə yalnız normativ tələblərə cavab verməlidir. 
 
Hamam otağının kvadratı havanın olmasına görədir. Əgər bu normativ tələblərə riayət olunmayıb hava çatışmazlığı olarsa, bu, dem qazı yaranması təhlükəsini yüksəldir və sonu bədbəxt hadisə ilə nəticələnə bilər".
 
Ekspert qeyd edib ki, bunların fonunda dəm qazı əleyhinə detektor olmalıdır. 
 
"Qaz təsərrüfatı olan yerdə həm qaz əleyhinə, həm də qaz sızması əleyhinə detektor olmalıdır. Bu, qanunvericilikdə də təsdiq olunub və təhlükəsizlik baxımından da məqsədə uyğundur. Dem qazından boğulma hallarının statistikasına baxanda görürük ki, əksər hallarda hamam otaqlarında baş verib. Evdə kombi və mərkəzi istilik sistemi olan evlərdə bu fakt daha azdır, çünki hamam otağında qaz cihazı yoxdur. Əgər hamam otağında qaz cihazı varsa, mütləq qaydalara riayət edilməlidir".
 
Qaz detektoru quraşdırmayan şəxslərə təbii qaz verilməyəcək?
 
Bu barədə sorğuya cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, abonentlərə ilk öncə xəbərdarlıq edilir. Bir neçə xəbərdarlıqdan sonra isə qazın verilişi dayandırılacaq. 
 
O qeyd edib ki, "Azəriqaz" İstehsalat Birliyi abonentlərin təbii qazdan tam təhlükəsiz və düzgün istifadəsini təmin etmək məqsədilə bütün bu zəruri tədbirləri görür. 
 
Link kopyalandı!
Son xəbərlər