Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabı yayınlandı - FOTO
1499
01 Nov 2024 | 15:48

Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabı yayınlandı - FOTO

Bu günlərdə Azərbaycan Cümhuriyyətinin qurucusu, böyük siyasi lider Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında. Qafqaz məsələsinə dair” kitabı yayınlanıb.
 
Moderator.az xəbər verir ki, “Salman Mümtaz yayınları”nın nəşr etdiyi kitabı Azərbaycan türkcəsinə Vaqif Sultanlı və Əliheydər Yunisoğlu çevirib.
 
Qeyd olunur ki, M.Ə.Rəsulzadənin 1930-cu ildə Qafqaz İstiqlal Komitəsinin dəstəyi ilə Parisdə rus dilində yayınlanmış “Pan¬turanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” kitabı böyük mütə¬fəkkirin siyasi-kul-turoloji görüşlərinin öyrənilməsi baxımdan son dərəcə önəmli qaynaq¬lardan biridir. Əsərin yarandığı dönəm istər Azərbaycan və Türkiyə, istərsə də digər türk xalqları tarixinin ən mürəkkəb, keçməkeşli dönəmi olduğundan problemə yanaş¬mada zamanın təsiri aşkar şəkildə duyulmaqdadır.
 
Türkçülük və turançılıq anlayışlarının siyasi yöndə deyil, kulturoloji aspektdə dərk olunması zərurətinə söykənən “Panturanizm haqqında. Qafqaz problemi ilə əlaqədar” əsərinin rus dilində, həm də Paris şəhərində yayınlanması Rusiya müha¬cirə¬tinin Fran¬sada toplu halında məskunlaşması ilə bağlıdır.
 
reisusl.jpg (32 KB)
 
Kitabın “Romantik düşüncədən gerçək birliyə” adlı ön sözündə professor Vaqif Sultanlı əsəri Türkçülük və çağdaş Turançılıq kontekstində dəyərləndirərək yazır: “M.Ə.Rəsulzadə əsərdə turançılıq ideyalarının Azərbaycanda, ümumən Qafqazda yayılmasının təbii səbəblərini önə çəkərək milli istiqlal məfkurəsinin onun göl¬gəsində gizlədilməsinə çalışan gizli və aşkar düşmənlərə qarşı özünün sərt möv¬qeyini sərgiləmişdir. Araşdırıcının fikrincə, ilk dönəmlərdə romantik səciyyə daşı¬sa da, bu ideya zaman keçdikcə tarixi olayların axarında dəyişikliyə uğrayaraq gerçəkçi mahiyyət qazanmışdır. Lakin Türk Birliyinin yaranması həmişə öz aktuallığını qoruyub saxlayacaq zəruri vəzifələrdən biri kimi qalmaq¬dadır. Müəllif turançılıq ideyası altında ayrı-ayrı türk dövlətlərinin vahid imperiyanın çətiri altına girməsini deyil, öz bağımsızlıqlarını əldə etməsi, eyni məfkurəyə tapınmaqla yaranacaq mənəvi-kulturoloji birliyi nəzərdə tutulduğunu vurğulayır”.
 
Əsər Türk Birliyi ideyasının gerçəkləşməsi zəruriliyinin qaçınılmaz olduğu müasir dövrdə olduqca böyük önəm daşıyır. Çünki Məhəmməd Əmin bəyin bu gün aktuallaşmaqda olan problemin çözümünə mane olan tarixi-siyasi səbəblərə aydınlıq gətirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər