Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
2057
01 Nov 2024 | 12:41

Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı

Dənizkənarı Bulvar İdarəsinə məxsus “Mirvari” gəzinti gəmisi bu gündən fəaliyyətə başlayır.
 
Bu barədə İdarənin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva  jurnalistlərə açıqlamasında deyib.
 
Qurum rəsmisi gəmi ilə gəzintiyə çıxmaq üçün müəyyən olunan qiymətlərin dəyişdirilmədiyini söyləyib. Onun sözlərinə görə, “Mirvari” gəzinti gəmisindən istifadə altı yaşına qədər uşaqlar üçün ödənişsizdir, gəminin yerindən və mərtəbəsindən asılı olaraq qiymətlər 5-10 manat arasında dəyişir.
 
Ə.Mehdiyeva bildirib ki, bu qiymətlər sonuncu dəfə 2015-ci ildə müəyyən olunub və istismar xərcləri artsa da, gəzinti gəmisinin qiymətləri dəyişməz olaraq qalıb.
 
“Gəminin uzun müddət fəaliyyət göstərməməsi, insanların marağı və s nəzərə alınaraq Dənizkənarı Bulvar İdarəsi tərəfindən qiymətlərin artırılmaması ilə bağlı qərar verilib”, - Ə.Mehdiyeva əlavə edib.
 
Qeyd edək ki, “Mirvari” gəmisi 2013-cü ildə istifadəyə verilib. Üçmərtəbəli gəmi gəzintiyə çıxması üçün 460 nəfəri daşıya bilir. Gəminin iki mərtəbəsi qapalı, bir mərtəbəsi isə açıqdır. Türkiyə istehsalı olan iki mühərrikli gəminin eni 11 metr, uzunluğu isə 49,5 metrdir.
 
Xatırladaq ki, Xəzər dənizinin səviyyəsinin enməsi və suyun sahildən geriyə çəkilməsi ilə əlaqədar sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Dənizkənarı Milli Parkında gəzinti gəmiləri 2022-ci ilin oktyabrından fəaliyyətini dayandırmışdı.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər