Bu suallara cavab tapmaq üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik. Qurumun Mətbuat Xidmətindən Moderator.az-in sorğusuna cavavb olaraq bildirildi ki, Xəzər dənizindən içməli suyun alınması üçün əks-osmos texnologiyanın tətbiqi üçün iqtisadi əsaslandırmalar işlənilir:
"Bunu Ələt azad iqtisadi zonasında, Pirallahıda və Sumqayıtda dəniz suyunun təmizlənməsi texnologiyaları üzrə ilkin əsaslandırmalar hazırlanıb.
Dəniz suyunun içməli suya çevrilməsində əsas xərc enerjinin istifadəsinə çəkilən xərcdir. 1 kubmetr dəniz suyun təmizlənməsinə elektrik enerjisi sərfi 3-3.5 kilovatt/saat-dır. Bu da suyun təmizlənməsində enerjinin istifadəsinə görə dəyişir.
Hazırkı qiymətlərlə mövcud texnologiyalarla Xəzərin suyunun duzsuzlaşdırılması texnologiyası qurularsa suyun maya dəyəri 3-3.50 manata başa gəlməsi proqnozlaşdırılır".