Bizi sosial şəbəkələrdən izləyin:
Milli Məclisin deputatı Mircəlil Qasımlı Kəlbəcər rayonundan olan Vətən müharibəsi şəhidi Heydərov Qismət İsmayıl oğlunun ailəsinə baş çəkib. Deputat Gəncə şəhər Gülüstan qəsəbəsində müvəqqəti məskunlaşmış ailənin gündəlik qayğıları ilə tanış olub.
Görüşdə Vətən müharibəsində qazanılan tarixi qələbədən, şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, şəhid Qismət Heydərovun göstərdiyi şücaət və qəhrəmanlıqlarından bəhs olunub.
"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi" - deyə Milli Məclisin deputatı vurğulayıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə ediblər.
Xatırladaq ki, şəhid Qismət Heydərov ailənin Qeyd edək ki, evin tək oğludur. O, 2002-ci il iyulun 20-də Goranboy rayonunun Erkəc kəndində anadan olub. Əslən Kəlbəcər rayonundandır. Azərbaycan Ordusunun əsgəri olan Qismət Heydərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərə qatılıb. On səkkiz yaşlı əsgər Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Müharibənin 7-ci günündə, 2020-ci il oktyabrın 3-də Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Subay idi.
2020-ci il oktyabın 4-də Goranboy rayonunun Yolqulular kəndində dəfn edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “ İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.