Bizi sosial şəbəkələrdən izləyin:
Gələn il Laçın rayonunun 3 qəsəbə və kəndində tikinti işlərinə başlanılacaq.
Bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirələrində bildirib.
"Xidmət layihələndirmə işləri üzrə 7 müqavilə üzərində işləri davam etdirir. Artıq 3 müqavilə imzalanıb. Gələn il Laçın rayonunun infrastrukturunun bərpası istiqamətində səylərimizi davam etdirəcəyik. Qorçu qəsəbəsində, Pircahan və Şəlvə kəndlərində tikinti işlərinin başlanması planlaşdırılır”, - deyə o qeyd edib. /Report/