Bizi sosial şəbəkələrdən izləyin:
Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyev tərəfindən 15 oktyabr 2023-cü ildə Xankəndi şəhərində bayrağımızın ucaldılması Azərbaycan tarixinin dönüş nöqtəsi oldu.
Ölkəmiz 44 günlük Zəfər şavaşında işğalçılığı, terrorizimi, təcavüzkarlığı dövlət siyasəti səviyyəsində həyata keçirən Ermənistanı məğlub etməklə yanaşı, 24 saatlıq antiterror əməliyyatı ilə də 200 illik separatizm və imperiya maraqlarını da darmadağın etdi. İndi düşmən qarşımızda acizdir və özünə yeni sahiblər axtarışındadır.
Azadlıq və müstəqillik simvolu olan üç rəngli şanlı bayrağımızın Xənkəndi şəhərində dalğalanması dövlətimizin gücünü, qüdrətini nümayiş etdirmək baxımından əvəzsiz rola malikdir.
Antiterror əməliyyatı kimi mühüm tədbirin həyata keçirilməsi xalqımızın döyüş ruhunu yüksəltdi, onun birliyini simvolizə etdi, eyni zamanda beynəlxalq platformalarda Azərbaycanın mövqeyini gücləndirdi. Məhz buna görə də, Xankəndidə Azərbaycan bayrağının ucaldılması sadəcə simvolik məna deyil, həm də geniş strateji niyyətləri ifadə edən addım kimi qiymətləndirilməlidir.
Bu əlamətdar anları bizə yaşadan Xilaskar Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev və onun formalaşdırdığı igid, qorxmaz Azərbaycan Silahlı Qüvvələridir.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini
15 Oktyabr 2024-cü il