“Mənim nazir olduğum dövrdə də belə hadisələr olurdu, amma...”- Misir Mərdanov (ÖZƏL)
Cəmiyyət
3226
12 Oct 2024 | 22:49

“Mənim nazir olduğum dövrdə də belə hadisələr olurdu, amma...”- Misir Mərdanov (ÖZƏL)

Qazaxda 18 tələbənin zəhərləndiyi haqda məlumat vermişdik. Belə ki, Bakı Dövlət Universitetinin Qazax filialının bufetində yedikləri dönərdən zəhərləndiyi ehtimal edilən tələbələr xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Mövzu ilə bağlı AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, sabiq Təhsil Naziri, Fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovun fikrini öyrəndik.
 
O Moderator.az -a açıqlamasında bunları bildirib.
 
“Mən özüm də daim mətbuatı, sosial şəbəkələri izləyirəm, telekanallara baxıram. Əvvəla onu deyim ki, mənim işlədiyim dövrdə sosial şəbəkələr belə geniş yayılmamışdı. Heç telekanallar da çox deyildi, jurnalistlər də az idi. Məhz bu səbəbə görə bizə elə gəlir ki, o dövrdə belə hadisələr olmayıb, daha çox bu dövrdə olur. O zaman da məktəblərdə, universitetlərdə belə neqativ hadisələr olurdu.. Bizim əsas vəzifəmiz odur ki, o səbəbləri öyrənək, onun qarşısını almağa çalışaq ki, belə hadisələr olmasın yaxud da az olsun. Belə hadisələri məktəbin, nazirin, müəllimin boynuna yıxmağı düzgün hal hesab etmirəm. Burada bütün cəmiyyətin günahı var. Təhsilin səviyyəsini, təhsilin keyfiyyətinin təkcə dövlət qurumu olan Elm və Təhsil Nazirliyi ilə bağlamağı doğru hesab etmirəm. Əlbəttə, əsas məsuliyyət o qurumun üzərinə düşür. Amma cəmiyyətin hər bir üzvü olaraq bu hadisələrin olmamasına çalışmalıyıq və məsuliyyət daşımalıyıq” deyə eks nazir bildirib.
Link kopyalandı!
Son xəbərlər