Əcnəbi ilə ailə quran azərbaycanlı xanım: "Evlilik təklifini dayanacaqda etdi" - FOTO
Cəmiyyət
Oxunub: 264
16:51, Bu gün
Əcnəbi ilə ailə quran azərbaycanlı xanım:
"Üç günə ayrılarsınız", "almanlar çətin, soyuq millətdir", "pasport xətrinə qurulan evlilikdir", "çox ağlayacaqsan, indidən ayrıl məncə"...
 
Bu fikirlər əslən alman oğlanla ailə qurmaq qərarı verdiyi üçün azərbaycanlı xanıma deyilib. O isə, sadəcə qəlbinin səsini dinləyib: "Ətrafdakıların deyil, qəlbimin səsini dinlədiyim üçün özümə təşəkkür edirəm. Çox az insanın çıxdığı bir yola çıxdım. Səninlə eyni yolda getməkdən heç yorulmadım, bezmədim. Bəzən dayandıq, durduq, bəzən isə qaçdıq. Amma əlimizi heç buraxmadıq".
 
 
Hazırda beş illik xoşbəxt evliliyi və bir oğlu var. Bu paylaşımı da evliliklərinin beşinci ildönümlərində sosial şəbəkə hesablarında bölüşüb. Budəfəki "Ailə" rubrikamızın qonaqları alman Andreas Kroger və azərbaycanlı Günay Krogerdir.
 
Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.
 
"Salam"la başlayan münasibət
 
Cütlüyümüzün ilk görüşü dostları sayəsində olsa da, onları bir-birinə bağlayan sosial şəbəkə olub. Günay o vaxt Almaniyada təhsil alırmış: "O zamanlar mən Almaniyada təhsil alırdım. Biz Reklinqhauzendə kiçik bir restoranda tanış olmuşduq. Oraya rəfiqəmlə getmişdim. Andreas da öz dostu ilə gəlmişdi. Rəfiqəm yoldaşımın dostunu tanıyırdı. Biz restoranda bir-birimizi gördükdə sadəcə çox qısa şəkildə salamlaşdıq. İlk görüşdə məndən xoşu gəldiyini hiss etməmişdim. Evə gedəndə əvvəlcə dostunun "Facebook" səhifəsindən rəfiqəmi tapıb. Rəfiqəmin də profilindən məni tapıb gecə "salam" yazmışdı. Mən onu səhər cavablandırıb "mən sizi tanımadım axı", - yazdım. Söhbətimiz orada da yarımçıq qaldı. Bir neçə gündən sonra yenidən yazdı. Bu şəkildə yavaş-yavaş danışmağa başladıq".
 
 
Andreas deyir ki, ilk baxışda Günayın qaraşın olması, sonra isə bişirdiyi dadlı təamlar onun diqqətini cəlb edib: "İlk gördükdə görünüşünü çox bəyəndim. Bir az qaraşın olması məndə maraq doğurmuşdu. Lakin qısa şəkildə salamlaşdığımız üçün elə də ciddi bir şey düşünməmişdim. Sadəcə xarici görünüşcə bəyənmişdim. Günayın yeməkləri çox dadlıdır. Onun sayəsində yemək vərdişlərim xeyli dəyişib. Elə ilk bişirdiyi yeməkdən aşiq olmuşdum. Almaniyada da deyirlər ki, "sevgi mədədən keçir". Milli yeməklərinizdən də bişirirdi. Beləliklə, mənim qəlbimi qazandı".
 
 
"Dəstəyini hər zaman hiss edirdim"
 
Günayı isə Andreasın ona olan dəstəyi və heyvanlara sevgisi cəlb edib: "Andreas məni olduğum kimi qəbul edirdi. Məsələn, o vaxtlar mənim alman dilim çox zəif idi. Yenə də bir-birimizi başa düşməyə çalışırdıq. Münasibətimizdəki problemləri də birlikdə aşırdıq. Həmçinin Almaniyada mənə çox dəstək olurdu. Xarici ölkədə təkbaşına idim. O, daim arxamda dayandı. Ayrı şəhərlərdə yaşasaq da, dəstəyini hər zaman hiss edirdim. Düşünürəm ki, məhz bu xüsusiyyətinə görə onu həyatımın adamı olaraq seçdim. Hər zaman nəsə bizi bir-birimizə yaxınlaşdırıb sanki... Onun mərhəmətli olmağı da məni özünə cəlb etmişdi. Heyvanlara qarşı xüsusi sevgisi var. Yolda hansısa heyvanı köməksiz gördükdə ona yardım edir, yaxud zəng vurub xüsusi orqanlara təhvil veririk. Onun bu cür təmiz ürəyinin olması mənə təsir etmişdi".
 
 
"Restorana qədər gözləyə bilmədi"
 
Günay Andreasın ona evlilik təklifi sürprizindən də danışdı: "Yoldaşım mənə evlənmə təklif etmək üçün bir-birimizi ilk dəfə gördüyümüz restoranı danışmışdı. Mənə orada evlənmə təklif etməyi planlaşdırmışdı. Maşına oturduğumuz andan hiss edirdim ki, nəsə çox həyəcanlıdır. O qədər həyəcanlı idi ki, restorana qədər gözləyə bilmədi. Mağazanın dayanacağında üzüyü çıxarıb mənə evlənmə təklifi etdi. Sonra isə birlikdə həmin restorana gedib bunu qeyd etdik. Nikahımızı da eyni yerdə qeyd etmişik".
 
 
Günay uşaqlıqdan əcnəbi ilə ailə qurmağı arzulayıb: "Həmişə sarışın, mavi gözlü oğlanlara xüsusi simpatiyam olub. Yeniyetmə yaşlarımda "Yabancı damat" adlı serial var idi. Həmişə ona baxıb deyirdim ki, mənim də yoldaşım kaş xarici olardı. Düşünürəm ki, insan bir şeyi ürəkdən istədikdə o, mütləq reallaşır. Amma istəməkdən əlavə, hərəkət də etmək lazımdır".
 
 
Fərqlilikdən yaranan ailə
 
Andreasın fikrincə, Günay və o fərqlidirlər. Lakin sevgiləri də məhz bu fərqlilik sayəsində gözəlləşir: "Bizim ortaq xüsusiyyətlərimizdən çox, fərqliliklərimiz var. Məsələn, mən daha passiv səyahət sevsəm də, Günayda tərsinədir. Sevgimizin sayəsində bu fərqliliklərimizin öhdəsindən gəlirik. Əks qütblər həmişə bir-birini çəkir".
 
 
Cütlüyümüz nə qədər fərqli olsa da, sevgiləri sayəsində ortaq məşğuliyyətlər tapır: "Bizim hər bazar günü birlikdə etdiyimiz məşğuliyyətlərimiz mövcuddur. Hər ikimiz yorğun olsaq da, hava imkan verdikdə həftə sonları ən az bir saat yoldaşım və oğlumla velosiped sürürük, yaxud üzgüçülüyə gedirik", - deyə Günay vurğulayır.
 
"Qayınanam da yoldaşım kimi ünsiyyətcildir"
 
Almanların xasiyyətcə soyuq olması fikrinə Günaydan tam fərqli münasibət var: "Almanların soyuq olduqları deyilsə də, mən yoldaşımda bunu görməmişəm. Hətta təkcə mən yox, digər insanlar da bunu deyir. Məsələn, harasa getdikdə insanlar ilk baxışda mənimlə o qədər mehriban olmasalar da, yoldaşımı ilk baxışdan sevirlər. Buna ölkəmizdə də şahid olmuşuq. Heç bilmirlər hansı millətdəndir, amma ilk görüşdən onu çox xoş qarşılayırlar. Gəlib şəkil çəkdirirlər, danışmaq istəyirlər. Soruşurlar ki, "bizimlə niyə danışmır". Deyəndə ki, "almandır", hətta təəccüblənirlər. Düşünürəm ki, bəlkə də mən yoldaşımdan daha soyuğam. Ailəsindən də heç bir soyuqluq hiss etməmişəm. Qayınanam da yoldaşım kimi ünsiyyətcildir".
 
 
Hər şeyin ilki çətin olur
 
İndi hər kəs Andreası sevsə də, beş il öncə hər şey bu qədər asan olmayıb: "İlk başda ailəmin münasibətimizi qəbul etməsi çətin olmuşdu. Çünki o zamana qədər ailəmizdən heç kim nə xaricdə təhsil alırdı, nə də xarici vətəndaşla ailə qurmuşdu. O səbəbdən narahatlıqlar var idi. Anam əcnəbi oğlanla ailə qurmağımı istəmirdi. Deyirdi çətin olacaq. Dilimizi, adətlərimizi bilmir, fərqli mühitlərdə böyümüşük, alınmaz. İlk başda dedi-qodular çox olurdu. Amma sevgimizin arxasında dayandıq. O səbəbdən hazırda bərabərik. İndi hamı Andreası məndən çox sevir. Azərbaycana gəldikdə hamı bizi qonaq çağırır. Ona çoxlu hədiyyələr alırlar".
 
 
"Dərin söhbət edə, dərdləşə bilmirlər"
 
Günayın qayınanası elə ilk gündən azərbaycanlı gəlinini çox sevib və onların münasibətini dəstəkləyib: "Anam alman dilini bilmədiyi üçün qayınanamla tam ünsiyyət qura bilmir. Daim mən onlar üçün tərcüməçilik edirəm. Bir-biriləri ilə normal yola gedirlər. Düzdür, dərin söhbət edə, dərdləşə bilmirlər. Qayınanam da çox istəyir ki, gəlsin, Azərbaycanı görsün. Mən ona Azərbaycan haqqında danışmışam. Almaniya çox vaxt soyuq olduğu üçün onda ölkəmizə çox böyük maraq yaranıb. Biz Azərbaycanda olanda da ona buradan çoxlu şəkillər çəkib yollayırıq".
 
 
Almanın Azərbaycan haqqında düşündükləri
 
Andreas isə deyir ki, Günaydan öncə Azərbaycanı tanımırmış: "Bilirdim ki, belə bir ölkə var. Amma haqqında məlumata sahib deyildim. Paytaxt Bakını belə tanımırdım. Sadəcə, əvvəllər SSRİ-nin tərkibində olduğunu, həmçinin neft çıxdığını bilirdim".
 
 
Lakin Günayı tanıdıqdan sonra vəziyyət dəyişib. Andreas artıq iki dəfə ölkəmizdə olub. O, Azərbaycanda bəyəndiyi və ona qəribə gələn xüsusiyyətlərdən danışdı: "Azərbaycanlı ilə evlənməyin orası yaxşıdır ki, tez-tez buraya gəlirik. Nabran, Xızı, Bakı və Sumqayıtda olmuşuq. Azərbaycanı çox bəyənirəm. Burada hər şey daha rəqəmsaldır. Məsələn, Almaniyada hələ də məktub sistemi mövcuddur. Azərbaycanda daha asandır. Həm də ən sevdiyim odur ki, burada yağış çox yağmır, hava daha günəşlidir. Hər zaman gəldikdə dənizə gedirik. Sizin ölkəniz çox təmizdir. Düşünürəm ki, estetikaya çox önəm verirlər. Hər yerdə bayrağınızın asılması da mənə maraqlı gəldi. Dəyərlərinizə çox önəm verirsiniz. Məsələn, Almaniyada adi halda küçələrdə bayraq görə bilməzsiniz. Bir də hər yerdə polisin olması, daim yoxlanış, nəzarət olunması çox gözəldir. Metro çox ucuzdur. Almaniyada metroda bir gediş üç avrodur.
 
Amma burada maşın sürmək çox çətindir. Mənə maraqlı gələn yollarınızdakı xətlərdir. Çünki sürücülər xətti tapdalayıb digər sıraya keçirlər. Maşın sürməyiniz çox qeyri-adidir".
 
Andreasın Azərbaycanda ən bəyəndiyi isə yeməklərimizdir: "Azərbaycanın mədəniyyətini, yeməklərini sevirəm. Yeməklərinizdən ən çox bəyəndiyim plovdur. Lülə kabab da çox dadlıdır. Badımcan dolması da gözəldir. Şirniyyatlarınızdan isə paxlavanı bəyənirəm. Yemişiniz də tamlıdır. Düşünürəm ki, burada xiyarın, pomidorun da dadı başqadır".
 
Günayın sayəsində milli bayramlarımızı da unutmurlar
 
Almaniyada yaşasalar da, Günayın sayəsində milli bayramlarımızı da unutmurlar: "Bayramlarımızdan Novruzu qeyd edirik. Şirniyyatlarımızdan bişirirəm. Oğlumla yumurta boyayırıq, toqquşdururuq. Andreasın ailəsi də Novruz şirniyyatlarımızla tanışdır. Anam Azərbaycandan gəldikdə özü ilə həmişə gətirir. Ramazan bayramını da qeyd edirik".
 
 
Alman kürəkən ölkəmizə səfər etdikdə toylarımızla da tanış olub: "Bir neçə dəfə toylarınızda olmuşam. Orada mənə ən qəribə gələn çox qonağın olması, həmçinin süfrədəki yeməklərin bolluğudur. Yeməklər fasiləsiz olaraq gəlir. Toyda kəsilən böyük tortlar da mənim üçün qeyri-adidir. Toy mahnılarınızı da bəyənirəm. Rəqslərinizi də yavaş-yavaş oynamağı öyrənirəm. Daha doğrusu, rəqs edənlərə baxıb onları təkrarlamağa çalışıram. Bir az çətinlik çəkdiyim ayaq hərəkətləridir. Amma əl hərəkətlərini az-çox edə bilirəm".
 
"Dilinizi daha dərindən öyrənmək istəyirəm"
 
Günayın bir paylaşımında Andreas dilimizi öyrənmək istədiyini bildirmişdi: "Çox sağ ol", "salam", "çox yaxşıyam", "çox ləzzətli" sözlərini bilirəm. Dilinizi daha dərindən öyrənmək istəyirəm. Hətta gələcəkdə təqaüdə çıxdıqda bəlkə buraya köçməyi də düşünə bilərik".
 
Günay deyir ki, evlərində həm alman, həm də Azərbaycan dillərində danışırlar: "Mən özüm istəyirdim ki, Andreas dilimizi öyrənsin ki, anamla az da olsa danışa bilsin. Ən çox anam gələndə həvəs yaranır, dilimizi anlamaq istəyir. Düşünürdüm ki, oğlumuz danışmağa başlayanda onunla bərabər dilimizi öyrənəcək. Övladımızla hərəmiz öz dilimizdə danışırıq. Hər ikimizi anlayır".
 
"Almanlar dostlarını uşaqlıqdan seçirlər"
 
Səkkiz ilə yaxındır Almaniyada yaşayan Günay orada ona qəribə gələnlərdən bəhs etdi: "Almaniyada mənə ilk zamanlar ən çətin gələn orada həftə sonları hər yerin bağlı olması idi. Çünki burada həftə sonları gəzintiyə çıxmağa, harasa alış-verişə getməyə öyrəşmişik. Orada isə həftə sonu hər kəs evində istirahət edir. İlk başda bu, mənə çox sıxıcı gəlirdi. İndi bazar gününün sakitliyini sevirəm. Bazar günü hər tərəf səssizliyə qərq olur. Pəncərəni açıram, quşların səslərini dinləyirəm. Axşam saat səkkizdən sonra da sanki həyat sönür. Yalnız cümə və şənbə günü insanlar əylənir. Almaniyada dost tapmaq da çox çətindir. Almanların xüsusi dost çevrəsi olur. Məsələn, Andreasın bağçadan bəri görüşdüyü dostları var. Almanlar dostlarını uşaqlıqdan seçirlər. Neçə il birlikdə işləsən də bir-birinə nömrə vermək, dostlaşmaq olmur. Orada insanların öz şəxsi sərhədləri mövcuddur. Münasibətlərin əksəriyyəti sosial şəbəkələr üzərindən qurulur".
 
Oxşar xəbərlər
19:08, Bu gün
Ucarda ağır qəza CAN ALDI
19:00, Bu gün
Bakıda 5 marşrutun hərəkət istiqaməti dəyişdirildi
18:50, Bu gün
Yuxuda dalaşmaq nə mənaya gəlir?
18:43, Bu gün
Bakıda şaurmanın içərisindən bolt çıxdı - FOTO
18:35, Bu gün
Bu ölkə çətin durumda: Gənclər arasında işsizlik rekord həddə çatıb
18:30, Bu gün
Nar niyə “təbii aptek” sayılır?
18:25, Bu gün
Dərman qəbul etmədən yuxusuzluqdan belə xilas olun
18:20, Bu gün
Beyruta hücum: İsmayıl Qaani yaralandı
18:15, Bu gün
ABŞ İsrailə "vur" deyir: Sonra da "humanitar yardım" göndərir
18:10, Bu gün
Azərbaycanın dünya çempionatında 2-ci medalı
18:07, Bu gün
Uşaqlarda üçüncü ən çox rast gəlinən ölüm səbəbi: Əlamətləri bunlardır
18:01, Bu gün
Ürək və damarlar üçün super qidanın adı açıqlanıb
17:57, Bu gün
"Greencard Azerbaijan"ın direktoru niyə həbs edilib?
17:52, Bu gün
İranda terror aktının qarşısı alındı
17:47, Bu gün
Azərbaycanlı baş məşqçi dinini dəyişib? - İDDİA
17:46, Bu gün
Bağırov və Beriya ingilis casusu, Müsavat tərəfdarı olublar?..- № 0043...-Məhkəmə
17:42, Bu gün
Parisdə Azərbaycan əleyhinə tədbir: BTQ-dən bəyanat...
17:38, Bu gün
Doğulduğumuz ay xarakterimizə təsir edir?
17:30, Bu gün
Məşhur aviaşirkət təyyarədə peycerləri qadağan etdi
17:25, Bu gün
Azərbaycanla bu türk ölkəsi arasında təlim baş tutdu
17:20, Bu gün
Abortlarla bağlı DƏHŞƏTLİ STATİSTİKA: “Günahdır” deməklə məsələ həll olunmur
17:04, Bu gün
Növbəti 2 günlə bağlı SARI XƏBƏRDARLIQ
16:57, Bu gün
Qərbdən təlimat gəldi - Yeni Zəngəzur planı ilə hərəkətə keçdilər
16:51, Bu gün
Əcnəbi ilə ailə quran azərbaycanlı xanım: "Evlilik təklifini dayanacaqda etdi" - FOTO
16:45, Bu gün
Doğma yurduna qayıdan laçınlı müəllim təəssüratlarını bölüşdü - VİDEO
16:40, Bu gün
Uşaqlar liftdə köməksiz qaldı - VİDEO
16:35, Bu gün
Yeni virus yayıldı - Ən çox bu uşaqlar yoluxur - VİDEO
16:29, Bu gün
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN
16:23, Bu gün
Cüdoçumuz bürünc medal əldə etdi
16:17, Bu gün
"Kaşpirovskinin metodları mütləq fantastika və saxta elmi nəzəriyyədir..."
16:12, Bu gün
Baş Qərargah rəisi vəzifəli şəxsləri topladı - FOTO
16:07, Bu gün
Azərbaycan təmsilçisi gümüş medal qazandı
16:02, Bu gün
Kənan MM xəstəxanaya düşdü - FOTO
15:56, Bu gün
Alimlər psoriazın potensial səbəbini TAPDILAR
15:50, Bu gün
MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib
15:44, Bu gün
BDU-nun 4 tələbəsi Prezident təqaüdünə layiq görülüb
15:38, Bu gün
Yeddi evdən 27 min manatlıq oğurluq etdi - VİDEO
15:32, Bu gün
Türkiyə parlamenti İsrailə görə təcili toplanır
15:26, Bu gün
Kadırovun oğlu Rusiyanın Rekordlar Kitabına salındı
15:20, Bu gün
XİN müəllimləri təbrik etdi
15:15, Bu gün
“Ailə quranda ona söylədim ki, bu, düzgün seçim deyil” - Çinarənin anası - VİDEO
15:09, Bu gün
Diqqət! Ciddiyə alınmayan XƏBƏRDARLIQ - Bu gün və sabah...
15:03, Bu gün
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidentinə şiddətli töhmət verildi - Sərəncam
14:57, Bu gün
Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək
14:52, Bu gün
Şagirdlər öz yüklərini daşıyırlar, yoxsa Azərbaycan təhsilinin? - Çantası özündən AĞIR GƏLƏCƏK...
14:47, Bu gün
Makrondan Bakıya yersiz çağırış – Nə qədər ki, səfiri Şuşaya getməyib...
14:41, Bu gün
"Barselona" və "Nike" arasında 140 milyon avroluq müqavilə
14:36, Bu gün
"Türkiyənin "Kirpi" zirehli transportyorları özünün etibarlılığını sübut edib" - "Sabah" nəşri
14:30, Bu gün
"Səsimi birdəfəlik itirə bilərdim"
14:25, Bu gün
COP29 ərəfəsində Azərbaycana qarşı total hücumlara REAKSİYA
14:20, Bu gün
“İstəmirəm ki, qızlarım bu sənətə gəlsin” - FOTO
14:15, Bu gün
"Ermənistanın açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır" - XİN
14:10, Bu gün
Qarabağa köçən 2800 sakin məşğulluqla təmin edildi
14:05, Bu gün
Deputatlarımız Qazaxıstandakı seçkiləri izləyəcək
14:00, Bu gün
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlandı - 27 məsələyə baxılacaq
13:54, Bu gün
"Ermənistan Kremlin kurasiyasına qayıdır, Bakıya buna görə “yox” deyir" - Tofiq Zülfüqarov
13:48, Bu gün
Bu tələbələrə Prezident təqaüdü veriləcək - SİYAHI
13:44, Bu gün
Prezident bu deputatı “Şöhrət” ordeni ilə təltif etdi
13:40, Bu gün
"İsrail İranın nüvə obyektlərinə zərbə endirməlidir" - Tramp
13:34, Bu gün
Qənaət etməyi sevən bürclər - Həmişə qənaətcil davranırlar
13:28, Bu gün
G20 ölkələri Azərbaycanın COP29 sədrliyinə dəstəklərini ifadə etdi
13:22, Bu gün
İran Zəngəzur dəhlizinin açılmasını buna görə istəmir - Sabiq nazir şok faktları açıqladı
13:16, Bu gün
"Livanda peycerlərin partladılması MDB ölkələrinə birbaşa təhlükədir" - Rusiya FTX direktoru
13:10, Bu gün
"Putinin "qırmızı xətləri" blefdir, NATO onların çoxunu keçib" - Stoltenberq
13:06, Bu gün
Şuşanın azadlığı uğrunda döyüşdə şəhid olan Vətən Müharibəsi Qəhrəmanı
12:32, Bu gün
Gürcüstanın Baş naziri Naxçıvan inşaatçılarının tikdiyi yolun açılışını edib - FOTO
12:25, Bu gün
Qüdrət Həsənquliyev: “İran bununla özünün məhvinə fərman vermiş olar” - MÜSAHİBƏ
12:22, Bu gün
Leyla Əliyeva "Tağıyev: Neft" bədii filmi ilə bağlı paylaşım edib
12:20, Bu gün
İsrailin xarici işlər naziri Xameneiyə xəbərdarlıq edib
12:06, Bu gün
Onlara qarşı saxta ittiham və içgəncələrə görə bir nazir, 3 şöbə rəisi həbs edildi...-İBRƏTAMİZ
11:44, Bu gün
Zəngilanda yeni yaşayış kompleksi belə olacaq
11:39, Bu gün
Ukrayna UEFA-da yerini itirdi - Nə baş verib?
11:30, Bu gün
Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - FOTO
11:21, Bu gün
Köməksiz vəziyyətdə qalan 3 azyaşlı xilas edildi - Video
11:17, Bu gün
Metroda ölüm hallarının qarşısını necə alaq? - Ekspert
11:09, Bu gün
İsrail onları təcili təxliyəyə çağırdı
10:59, Bu gün
"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - VİDEO
10:45, Bu gün
Prezidentin ölkəmizə qarşı düşmənçilik siyasəti aparanlara Cəbrayıldan ciddi mesajın DETALLARI 
10:42, Bu gün
"Terroru, vəhşəti, qətliamı dəstəkləyən hansısa dövlət, yaxud xalq haqlı ola bilməz…”
10:39, Bu gün
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi...
10:31, Bu gün
Dünyada 2, bizdə isə 6 manat: Azərbaycanda bu məhsulu əhaliyə niyə 3 dəfə baha satırlar?
10:19, Bu gün
Aİ Çin avtomobillərinə 35,5 faizə qədər vergi tətbiq edəcək
10:17, Bu gün
Mirasla bağlı nələri bilməliyik? - Vəkil məsləhəti
10:10, Bu gün
Oktyabr sevgi ayıdır: Bürcləri nə gözləyir?
10:00, Bu gün
Metroda bunu edənlər 200 manat CƏRİMƏLƏNƏCƏK
09:51, Bu gün
Niyə həddindən artıq yetişmiş banan yemək olmaz?
09:48, Bu gün
Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
09:38, Bu gün
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək
09:30, Bu gün
Bu tarixdən Bakıda hava kəskin pisləşəcək - Temperatur 5-6 dərəcə enəcək
09:26, Bu gün
Nazir müəllimləri təbrik etdi
09:17, Bu gün
Kənddə doğuldu, Harvardda oxudu, ABŞ-da təhsil şirkəti qurdu...
09:16, Bu gün
Dəhşətli cinayət: Kişi sevgilisinin başını kəsib qala divarlarından atdı - VİDEO
09:09, Bu gün
Toya şortikdə gedən Ayandan tənqidlərə CAVAB
08:58, Bu gün
Bakıda yeni bulvar salınır - VİDEO
08:54, Bu gün
“Ermənistan Avropanın sərhədi deyilsə, avropalı müşahidəçilər bu sərhəddə nə gəzirlər?..”
08:49, Bu gün
Ani ölümdən xilas olmaq istəyirsinizsə, bunu edin! – VACİB MƏSLƏHƏT
08:40, Bu gün
Dünya supergücləri arasında total müharibə XƏBƏRDARLIĞI
08:31, Bu gün
Şəxsiyyət vəsiqəsinin itirilməsi və oğurlanması zamanı nə etməli?
08:22, Bu gün
Maqnit qasırğaları zamanı sağlam qidalanmanın yolları
08:17, Bu gün
Xəzərdə nə baş verir? - Hərəkətə keçildi - VİDEO
GÜNLÜK
04 Oct 2024 | 22:23
Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?
04 Oct 2024 | 20:00
Bu meyvə görmə qabiliyyətini yaxşılaşdırır
04 Oct 2024 | 19:25
Bakıda yeni bulvar salınır - VİDEO
04 Oct 2024 | 23:12
"Ümid edirəm ki, sağ-salamat qayıdacağıq" - Pezeşkian
04 Oct 2024 | 23:16
“Az qalmışdı ki...” - Mətanət İsgəndərli həqiqətənmi qayıqdan yıxılıb? - hadisənin TƏƏSÜRATLARI..
04 Oct 2024 | 22:59
“"İlin müəllimi" müsabiqəsinin keçirilməsi müəllimlər üçün motivasiya mənbəyi yaradar”- Təhsil ekspertindən təklif-ÖZƏL
04 Oct 2024 | 21:26
"Ukraynanın şərqində Rusiyanın hücumu nə zaman başa çatacaq?" - ISW
04 Oct 2024 | 19:38
Açıq deyirəm: İsrailin hiyləgər planının hədəfi... - Ərdoğan
04 Oct 2024 | 21:36
Rusiya eyni anda Qərbdəki onlarla beyin mərkəzinə hücum etdi
04 Oct 2024 | 20:37
Məsciddə turist kişilər qadın ətəkləri geyindilər - VİDEO
HƏFTƏLİK
29 Sep 2024 | 08:00
Bu yağın dünyanın hər yerində satışı QADAĞAN EDİLDİ 
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
29 Sep 2024 | 17:46
“ “Vur, komandir, vur”-videosu ilə məşhurlaşan İlkin: “Bu hadisədən sonra ordumuzda ruh yüksəkliyi yarandı”-VİDEO+FOTO+ÖZƏL
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
28 Sep 2024 | 23:00
İlham Əliyevlə Paşinyan bu tarixdə görüşə bilər
AYLIQ
04 Oct 2024 | 22:23
Rusiyada uşaq sahibi olmayanlar vergi ödəyəcək?
04 Oct 2024 | 20:00
Bu meyvə görmə qabiliyyətini yaxşılaşdırır
04 Oct 2024 | 19:25
Bakıda yeni bulvar salınır - VİDEO
04 Oct 2024 | 23:12
"Ümid edirəm ki, sağ-salamat qayıdacağıq" - Pezeşkian
04 Oct 2024 | 23:16
“Az qalmışdı ki...” - Mətanət İsgəndərli həqiqətənmi qayıqdan yıxılıb? - hadisənin TƏƏSÜRATLARI..
04 Oct 2024 | 22:59
“"İlin müəllimi" müsabiqəsinin keçirilməsi müəllimlər üçün motivasiya mənbəyi yaradar”- Təhsil ekspertindən təklif-ÖZƏL
04 Oct 2024 | 21:26
"Ukraynanın şərqində Rusiyanın hücumu nə zaman başa çatacaq?" - ISW
04 Oct 2024 | 19:38
Açıq deyirəm: İsrailin hiyləgər planının hədəfi... - Ərdoğan
04 Oct 2024 | 21:36
Rusiya eyni anda Qərbdəki onlarla beyin mərkəzinə hücum etdi
04 Oct 2024 | 20:37
Məsciddə turist kişilər qadın ətəkləri geyindilər - VİDEO