Uşaq evində böyüyən şəhidin onu atıb gedən anasına yazdığı məktub:
1492
04 Oct 2024 | 07:49

Uşaq evində böyüyən şəhidin onu atıb gedən anasına yazdığı məktub: "Sənin məndən heç xoşun gəlmədi"

Baku TV uşaq evində böyüyən Vətən müharibəsi şəhidi Əmrah Rajapov haqqında reportaj hazırlayıb.
 
Müharibənin ilk günlərindən döyüşə atılan Əmrah Füzuli rayonu uğrunda gedən döyüşlərdə səngər yoldaşını xilas edərkən şəhid olub.
 
Şəhidin böyüdüyü uşaq evinin müəllimi Şəhla Namazova onunla bağlı xatirələrindən danışarkən qeyd edib ki, Əmrah həmişə ana həsrəti çəkib:
 
"Qrupun ən tərbiyəli, istedadlı uşaqlarından biri idi. Deyirdi ki, hərbi xidmətə gedəndə Vətən üçün canımdan keçəcəyəm, şəhidlik zirvəsinə ucalacağam. Əmrahla ana-bala sevgimiz var idi. Onun şəhid olduğu anı belə hiss etmişdim".
 
Şəhidin xalası Günel Rajapova isə söyləyib ki, anası Əmrahı iki aylıq olarkən atıb gedib:
 
"Dedi ki, istər çölə atın, istərsə də uşaq evinə verin, mən öz həyatımı yaşamaq istəyirəm. Əmrah dəfn olunduqdan sonra isə ortaya çıxıb mənimlə əlaqə saxladı. Əvvəlcə xoş danışıb, gələcəyini dedi. Daha sonra məni məhkəməyə verəcəyini, Əmraha görə verilən pulu məndən alacağını bildirdi".
 
Daha ətraflı Baku TV-nin süjetində:
 

 

Link kopyalandı!
Son xəbərlər