Bizi sosial şəbəkələrdən izləyin:
"Bu gün Azərbaycan Respublikası Milli Məclisin VII çağırışı öz işinə başlayıb. Ümid edirəm ki, qəbul ediləcək qanunlar və yaxud dəyişikliklər arasında hərbi xidmət, hərbi xidmətə çağırış qaydaları da olacaq. Orada çağırış yaşı, əsgərlik müddəti ilə bağlı, o cümlədən ali təhsil və yaxud, yeni bakalavr və magistr təhsili olanlar, o cümlədən təhsili olmayan, yəni orta təhsillə bağlı müəyyən məsələlər nəzərə alınacaq. Artıq Qarabağ məsələsi həll olunub. Ona görə də biz hərbi xidmət yaşını aşağıya salmalıyıq".
Bu sözləri Demokrat.az-a açıqlmasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, bu gün hərbi xidmət yaşı kifayət qədər yüksəkdir:
"Ümid edirəm ki, Müdafiə, Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Komitəsi bu məsələləri güc strukturları ilə müzakirə edib ortaq məxrəcə gələcək. Əlbəttə ki, 2025-ci ildə qardaş Türkiyə ordusunun modelinə uyğunlaşdırılan Silahlı Qüvvələrimiz, Azərbaycan Ordusu, Türkiyədəki hərbi xidmət çağırış yaşını da nəzərə alacaq. Qeyd olunduğu kimi, Türkiyədə də hərbi xidmətə çağırış yaşı 21-dir. Bizim elə gənclərimiz var ki, elə bu il 2023 -2024-cü tədris ilində 600-dən yuxarı bal topladılar, amma ali məktəbə daxil olmadı. İstənilən halda biz gənclərimizə yeni çağırış yaşı 35 göstərilibsə də, ən azından orta təhsili başa vurandan sonra əgər o, həqiqətən də ali təhsil almaq istəyirsə, özünü elmə bağlamaq istəyirsə, şərait yaratmalıyıq ki, onlar təhsillərini davam etdirsinlər, bilik və bacarıqlarını unutmasınlar. Çünki heç kimə sirr deyil ki, orta məktəbdən sonra ali təhsil ala bilməyən gənclərimiz sonradan əsgəri xidməti dövründə bir qədər ruhdan düşür, narahat olurlar ki, yəni o bilik və bacarıq olarda vərdişlər qalmır. Düşünürəm ki, gənclərimizə şərait yaradılsın ki, onlar doğrudan da elm dalınca gedirlərsə, onlar elm alsınlar, ölkənin gələcəyi üçün layiqli vətəndaş olsun. Əlbəttə ki, hər bir ölkənin özünün yanaşması var. Hərbi xidmətlə bağlı artıq Azərbaycan ərazi bütövlüyünü təmin edib və çağırış yaşı da dəyişdirilməlidir. Xidmət müddəti də azaldılmalıdır və gənclərə bütün imkanları yaradılmalıdır ki, onlar həm elm və təhsil alsınlar, eyni zamanda da, Vətən qarşısında da yeni öz konstitusion vətəndaşlıq borcunu yerinə yetirsinlər”.