“Atama demişdi ki, utanmırsan biqeyrət oğlun olduğuna görə?” - FOTOlar
Cəmiyyət
Oxunub: 1573
25 Sep 2024 | 15:33
“Atama demişdi ki, utanmırsan biqeyrət oğlun olduğuna görə?” - FOTOlar
Moderator.az   "Ata ocağı", "Uçurum", "Durnalar qayıdanda", "Bir qadın", "Bir ovuc torpaq"  "Yurd yeri", "Qarabağnamə", "Son iclas" kimi serial və filmlərdə bir-birindən maraqlı obrazlar yaratmış istedadlı aktyor, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının əməkdaşı Elşən Şıxalıyevin lent.az-a müsahibəsini təqdim edir:
 
- Elşən bəy, bu günlərdə 50 yaşınızı qeyd elədiniz. Mən də təbrik edirəm. Neçə ildir səhnədəsiniz?
 
- Düz 26 ildir sərasər Gənc Tamaşaçılar Teatrınında işləyirəm.
 
- Həmişə bu teatrda olmusunuz?
 
- Yox. Bu teatrda tələbə vaxtı fəhlə işləmişəm - Səhnə maşinisti. O vaxt bizim binamızda 4 teatr yerləşirdi. Miniatür teatrı, Şuşa teatrı, Pantomima və Gənclər teatrı. 4 teatrın işini görürdüm, birinin maaşını verirdilər. Bu arada qeyd edim ki, mən ali məktəbə girəndə onun adı Mirzə Ağa Əliyev adına Dövlət İncəsənət İnstitutu idi, oxuduğum dönəmdə dönüb oldu Əli bəy Hüseynzadə adına Mədəniyyət və İncəsənət Universiteti, bitirəndə isə ad dəyişdi oldu Azərbaycan Dövlət İncəsənət və Mədəniyyət Universiteti. O vaxtlar Coşqun və Rafaellə birlikdə Milli Ordunun ansamblında işləməyə başladım. Hərbi xidmətdə olmamışam deyə çıxartdılar, Hacıbaba Bağırovun Tənqid Təbliğ Teatrına dəvət aldım. Allah ruhunu şad eləsin, gənclərə çox kömək edirdi. Hətta mən hərbi xidmətə gedəndə Şəmkirə arxamca zəng vurmuşdu, ona görə heç bir əziyyət çəkmədim xidmət vaxtı. Gələndən sonra məni Musiqili Komediya Teatrına dəvət etdi, amma səsim yox idi deyə getmədim. Həm də Ağakişi Kazımov müəllimim olmuşdu deyə, Gənc Tamaşaçılar Teatrına getmək var idi ürəyimdə. Lakin maaşlar az idi deyə, teatrda yox, fəhlə işləyirdim. Bilirsinizmi, qazanmaq istəyən adam gərək teatra gəlməsin. Evi olmayan bir adam, gənc ailə, uşaq var. Bunları düşünəndə teatra getmək fikri qorxudurdu. Maaşlar çox az idi. 1998-ci ildə Ağakişi Kazımov küçədə qarşıma çıxdı, dedi, gəl teatra. Qolumdan tutub gətirdi, təsəvvür edin bu gün əmrim verildi, səhəri gün tamaşada rol aldım. 
 
- Amma bu illər içində bir dəfə də baş rola dəvət almadınız...
 
- Bir az günah özümdədir. Can atsam olardı. 26 ildə ilk dəfə sizə müsahibə verirəm. Tamaşa oynayırıq. Afişada epizodik rollarda oynayan aktyorların adı yazılmır. Teatrın qarşısında vurulan afişada baş rolların adı yazılır, rejissorun, xoreoqrafın, vəssəlam. Niyə? Adımızı yazın adımız hallansın, bilinsin. Teatrın proqramında da elə yazılır. Tamaşada oynayır Əli, Vəli və başqaları. Bir dəfə dedim ki, mən başqaları olmaq istəmirəm, adımı yazın. Bəxti gətirən aktyor var, bəxti gətirməyən var. Mən ikincilərdənəm, özüm kölgədə qalmağa çalışdım, şan-şöhrət dalınca qaçmamışam. Öndə həmişə ailəmi tutdum. Tamaşamı oynayıb getdim evimə. Ay oturum qeybət edim, qalmaqala girim, bu məndə olmayıb. Ən böyük mükafatım ailəmdir. Qızım Xoreoqrafiya Akademiyasında dördüncü kursda oxuyur, oğlum İqtisad Universitetinin pulsuz bölümünü qazandı. Mənim üçün bundan böyük mükafat ola bilməz. Bir iş yoldaşım Prezident mükafatı aldı. Amma övladı ali məktəbin pullu bölümünə düşdü. Yəni pulu ora yönləndirəcək. Mənimki pulsuz oldu. Elə bildim elə mükafat almışam. Aktyor özünü kiçik rolda da göstərə bilər. Rəhmətlik Səməndər Rzayevin baş rolu yox idi. Amma səhnəyə hər çıxışı ilə göz doldururdu, özünü göstərirdi. Mən o uşaqlara paxıllıq edirəm ki, Səməndər Rzayevlə canlı görüşüblər. Bəlkə inanmayacaqsınız, universitetdə Əlabbas Qədirovla əl verib görüşdüyüm gün əlimi bir gün yumamışdım sevincimdən. Elə bilirdim tanınmış aktyorlar insan deyillər, fərqli varlıqlardırlar. Hətta, bir dəfə bir Xalq artisti yanımda söyüş söyəndə şoka düşmüşdüm. Biz də insanıq da. Aktyor da yalan danışa, oğurluq edə, kiməsə zərər vura pislik edə bilər.
 
- Universiteti bitirib sonra fəhlə işlə. Heç aktyorluğu seçdiyiniz üçün peşman olmusunuz?
 
- Özümə yox anamın mənə çəkdiyi zəhmətə heyifim gəlirdi. Oğullar anaya bağlı olurlar axı.
 
- Haqsızlıqla üzləşmisiz?
 
- Mənə qarşı da olub, mənim yanımda kiməsə də qarşı. Həyatdır, hər şey olur. Həmkarlarımla lafetin üstündə rayonlarda kənd-kənd gəzib tamaşa oynamışıq. İsti-soyuq demədən. Amma söz düşəndə dedilər ki, eləmisən eləmisən də. Elə də olmalıymış.
 
- Heç rolunuza görə qınanmısınız?
 
- Olub. "Ata ocağı" serialında mənfi bir obrazım var idi. Evin gəlininə sataşıram. Suraxanı bazarında idim. Gördüm, iki yaşlı qadın diqqətlə mənə baxır. Biri o birisinə hündürdən dedi ki, tanımadın az, bu həmin əclaf, biqeyrətdir də. Hətta bu rola bir məktəb direktoru atama demişdi ki, Telman müəllim, ayıb olsun sizə. Sən müəllim, yoldaşın müəllim, tərbiyə verdiyiniz övlada bax. Oğlun niyə gedib camaatın gəlininə sataşır? Atam da deyib, a kişi, bunu mənə bisavad adam desəydi, anlayardım sən ki, direktorsan. Bacım Rusiyada yaşayır, ordan zəng etdi ki, qardaş, sənin ünvanını, nömrəni axtarırlar vurmaq üçün. 8 seriya oynadım. Ancaq töhmət gördüm  (gülür). Məni əsasən komediyaya çəkirlər, amma ciddi rolları sevirəm.
 
- Kino yoxsa teatr?
 
- Teatr, teat, teatr... Teatr canlı sənətdir. İmprovizəni sevirəm. Tamaşaya mane olmamaq şərtilə. Yadıma bir epizod düşdü. Cənnət xanım Səlimova teatra yeni  rejissor gəlmişdi. "Cənnətin 3 alması" tamaşasını qoyub. Mən də orda ata rolundayam. Nicat Kazımov dayanıb kulisdə, direktorumuz Mübariz Həmidov da zalda oturub, izləyir. Mən uşaqlarıma üz tutub deməliyəm ki, balalarım bu almaları yeyin evlənin, baba olmaq istəyirəm. Mən dedim "balalarım, bu cənnət almalarından yeyin, səadətiniz uğrunda mübariz olun, allah sizi nicatınıza çatdırsın". Tamaşaçı bunu anlamadı, amma Nicat uğundu getdi. 
 
- Kimlərlə səhnədə oynamaq rahatdır və ya əksinə?
 
- Heç kimlə narahat olmamışam. Elşən Rüstəmovla, Xuraman Əlizadə ilə çox rahat idi mənə.   Teatrımızda istedadlı aktyorlar çoxdur. Ramin Məmmədov, Elgün Yahyayev, Ceyhun Məmmədov duzdular. Elə gənclər var mən onlara baxıb öyrənirəm. Hamısı gələcəyin korifeylərdir. Çox istedadlı insanlarımız var, istifadə etmirlər.
 
- Bəs kimlərdən dəstək almısınız?
 
- Çox olub. Nicat Kazımov sağ olsun, həm istedadlı rejissordur, həm də gözəl insan. Ümid edirəm onu teatra baş rejissor qoyarlar, baş rejissorumuz yoxdur. Loğman Kərimovdan çox kömək görmüşəm. Məşq zamanı dəli idi, amma tamaşa bitdi, dönüb olurdu səxavətli kişi.
Asya Atakişiyeva, Təhminə Məmmədova, Xuraman Əlizadə o qədər kömək ediblər mənə. Onların etdiyini heç bir kişi kişiyə eləməzdi.
 
- Necə kömək?
 
- Maddi. Xuraman zəng edirdi ki, qardaşım pulun olmaz ha bacın ölməyib. O vaxt dolanışıq üçün teatrdan kənarda işlər görürdüm. Mobil telefonum yox idi. Təhminə Məmmədova öz telefonunu verdi mənə, dedi işdən axtaran olar, xəbərin olsun. İki il o telefonu işlətdim mən. Bir dəfə 18 toya çağırmışdılar. Məndə hardadır o imkan? Asya Atakişiyeva öz adından kredit götürüb verdi mənə. Bizim teatr xeyir-şər teatrıdır. Çox mehriban, zəhmətkeş kollektivimiz var. Bizim toylarımız çox şən keçir. Yası düşən bilməz məclis haradan gəlib hara getdi. Ələsgər müəllim var, truppa müdiri. Onun işini heç kim görə bilməz. Yasin Qarayevə hamımız əmi deyirik, evdən  şirniyyat, yemək gətirir, düzür masaya. Çayı dəmləyib, otağının qapısını açır, kim keçir çağırır. Rəhmətlik Ağaxan Salmanovu xatırlayıram. Həddən artıq gənclərə dəstək olan kişi idi. Xalq artisti idi, Prezident təqaüdü var idi. Dövlət ev verib. Zarafatla deyirdim "Ağaxan əmi, sənə gələn mənə gəlsin". Deyirdi "adə, elə demə. Bir ayağım burdadı, bir ayağım gorda". Yasin əmi də deyirdi ki, a kişi, azar-bezarı demir e, pulu deyir. Belə zarafatlaşardıq. Azər Mirzə dəfələrlə səhnədə qolumdan tutub. 
 
- Nə qədər maaş alırsınız, sirr deyilsə?
 
- Əvvəl 664 manat idi, artımdan sonra 720 manat oldu. Vaxt olub 6 şirvan maaş almışam, 10 şirvan kirayə pulu ödəmişəm.
 
-  Bəs necə dolanırsınız?
 
- Ömrüm bankdan kredit götürməklə keçib. 20 ildir durmadan ödəyirəm. Daimi müştərisiyəm. Bank dədəm rolunu oynayır.
 
- Əslində Prezident mükafatları aktyorlara maddi dəstək məqsədi ilə verilir. Heç vaxt bu mükafat verilməyib sizə?
 
- Yox. Nə adım var, nə mükafatım. Amma gileylənmirəm. Ehtiyacı olan çox aktyorlar var. Burada illərin sənətkarları var e, fəxri adları. Mükafatları yoxdur, mən utanaram onlar dura-dura nəsə istəməyə. Yəqin mənə də növbə çatar. Hə dəfə mükafat öncəsi beynimdə planlar qururam. Amma Allahı güldürmək istəyirsənsə, planlar qur. Riyakarlıq olar desəm ki, istəmirəm. Elə şeylər var ki, zamanında olmalıdır. Uşaqkən top, velosiped arzu edirdim, mənim yox idi. Böyüdüm, ala bilərdim almadım. Daha o top, velosiped mənim nəyimə lazım idi ki.
 
İllərlə kirayədə qalmışam. Altdakı qonşu gündə gəlirdi ki, uşaqların səs edir. Eləmirdilər, amma o yenə gəlirdi. 8-9 il əlləşib, özümə bir ev tikdim. Anası qızıma dedi ki, daha evdə rahat gəzə bilərsən, Xavər xala yoxdur, öz evimiz var. Qızımın dediyini heç unutmaram. Dedi adamın öz evi olur? 
 
- Aktyorluqdan başqa əlavə işiniz var?
 
-  Cavan vaxtı kloun gedirdim. İndi hərdən bir Şaxta baba.
 
- Tamada necə?
 
- 50-100 manat üçün içmiş adamların hər dediyinə səbr edə bilmirəm.
 
- Deyəsən zamanə adamı deyilsiniz...
 
- Deyəsən elədi. Köhnə kişilərdənəm mən, biri ilə çörək kəsdimsə, söz verdimsə bitdi. Əsas odur insan qalaq, yaxşılıq etməkdən əl çəkməyək. Qapı döyüb özüm üçün nəsə istəməyi ayıb hesab edirəm, mənim siyasətim sənətimdir.
 
- Xanımınız bu illər içində heç deyibmi ki, yorulduq, əl çək bu sənətdən?
 
- Çətin olub. Bəzən deyirlər səhnə adamı pulu düşünməməlidir. Niyə?! Səhnə adamı dovşan yox, ailə saxlayır. Hətta dovşan saxlasa belə, onu da yedizdirməyə pul lazımdır. Fikri xəyalı öz-dərdi sərində olan adam nə yaradıcılıq göstərə bilər? Amma xanımım bu illər ərzində dəstək olub. Güc  verib. Yaxşı olacaq. Mən buna inanıram!
 
Oxşar xəbərlər
06:44, Bu gün
Həsən Nəsrullahla əlaqə kəsilib... Ölüb-ölmədiyini söyləmək hələ tezdir...- "Reuters"
00:06, Bu gün
COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
27 Sep 2024 | 22:52
Azərbaycanın U-17 millisi yoldaşlıq görüşü keçirib
27 Sep 2024 | 22:49
SEPAH hərbi təlimdə azyaşlılardan istifadə edir
27 Sep 2024 | 22:46
İsrail Müdafiə Ordusu Beyrutda "Hizbullah"ın yeraltı bunkerinə zərbə endirib
27 Sep 2024 | 22:43
Pomidoru qış üçün necə hazırlamaq olar? – Çox maraqlı üsul
27 Sep 2024 | 22:34
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
27 Sep 2024 | 22:25
Zelenski Trampla görüşüb
27 Sep 2024 | 22:23
Qrossi: "Əgər daha çox ölkə nüvə silahına sahib olarsa, ondan istifadə edilə bilər"
27 Sep 2024 | 22:17
“Nar” və “YAŞAT” Fondu ilə birgə şəhid ailələri üçün layihə həyata keçirilib
27 Sep 2024 | 22:17
Norveçin xüsusi nümayəndəsi: Dünyada bərpa olunan enerji mənbələrinə böyük tələbat var
27 Sep 2024 | 22:14
"Futbolçuların yox, mənim səhvimdir" - Şahin Diniyev
27 Sep 2024 | 22:09
Bürclər haqqında maraqlı faktlar: Şir bürcünə xas olan şeylər
27 Sep 2024 | 22:07
Bu balqabaq çantası 150 min dollara satıldı – REKORD
27 Sep 2024 | 22:05
Ağdərədə dağıdılan hərbi hissədən eksklüziv görüntülər - VİDEO
27 Sep 2024 | 21:59
Uşaqların yuxu rejimini İDARƏ ETMƏYİN YOLU
27 Sep 2024 | 21:52
Kişilərin qadınlardan daha çox aldatdığı doğrudurmu? - SORĞU NƏTİCƏLƏRİ
27 Sep 2024 | 21:45
Ömür boyu sağlam qalmaq üçün hər gün bu 5 qidanı yeyin
27 Sep 2024 | 21:34
Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından yazdı: "Bizi təxliyə etdilər"
27 Sep 2024 | 21:27
Bu çörək zavodu məhkəməyə verildi
27 Sep 2024 | 21:18
Niyə burnunuz qaşınır? - Maraqlı İNANCLAR
27 Sep 2024 | 21:10
Ben Cenniferdən sərvətinin yarısını almaq istəyir
27 Sep 2024 | 21:02
Ermənistanın qorxunc planı - Yeni silahlarla Azərbaycana hücum olacaq?
27 Sep 2024 | 20:57
Google keçmiş işçisini geri qaytarmaq üçün 2,7 milyard dollar xərclədi
27 Sep 2024 | 20:49
Təhlükəli kiber müdaxilə : Smartfonlarla pullarınız oğurlanır
27 Sep 2024 | 20:41
Ole Toft: “Yaşıl” keçid iqlim dəyişikliyi problemini həll etmək üçün şərt oldu
27 Sep 2024 | 20:32
Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb
27 Sep 2024 | 20:25
Netanyahu Qəzzada HƏMAS-ın 24 batalyonundan 23-nün məhv edildiyini açıqlayıb
27 Sep 2024 | 20:17
Britaniyada İLK: Sanksiyalı şəxsə xidmət göstərən şirkət cərimələndi
27 Sep 2024 | 20:07
Özünə aşiq etmək üçün sevgilisinə cadu edirmiş - FOTO
27 Sep 2024 | 19:59
Bu BÜRCLƏR heç vaxt sirrinizi saxlamayacaq: SƏBƏBİ
27 Sep 2024 | 19:49
Qarabağ erməniləri kütləvi şəkildə Ermənistan vəndaşlığına keçirlər
27 Sep 2024 | 19:41
BDU-nun tələbəsi avtoqəzada həyatını itirib
27 Sep 2024 | 19:36
Daxili İşlər Nazirliyində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib
27 Sep 2024 | 19:33
"Fələstin bizim vətənimiz, dədə-baba torpağımızdır və bizim olaraq qalacaqdır" - Mahmud Abbas
27 Sep 2024 | 19:32
Xankəndidə uzun illər Azərbaycana qarşı məkrli planlar hazırlanan binadan GÖRÜNTÜLƏR
27 Sep 2024 | 19:24
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçildi - FOTO
27 Sep 2024 | 19:14
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
27 Sep 2024 | 19:06
Paytaxtın bir rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ
27 Sep 2024 | 19:02
ADNSU-nun kollektivi Zəfər parkını ziyarət ediblər - FOTO
27 Sep 2024 | 18:57
Hikmət Hacıyev: Ermənistan Qərbi Azərbaycan icmasına öz evlərinə qayıtmalarına imkan yaratmağa hazır olmalıdır
27 Sep 2024 | 18:49
Nyu-Yorkda Zelenski ilə Tramp arasında görüş keçirilir
27 Sep 2024 | 18:40
Netanyahu BMT Baş Assambleyasında çıxış edəndə ərəb nümayəndə heyəti zalı tərk edib
27 Sep 2024 | 18:35
İlham Əliyev fenomeni: Quduz işğalçı itaətkar qonşuya necə çevrildi?
27 Sep 2024 | 18:32
Əsrin ən yaxşı aktrisalarından sayılan əfsanəvi Meqqi Smit vəfat etdi
27 Sep 2024 | 18:25
Dünya çempionatı zamanı yıxılan velosipedçi ölüb
27 Sep 2024 | 18:16
"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər
27 Sep 2024 | 18:13
MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirildi - FOTOLAR
27 Sep 2024 | 18:10
ADNSU-da 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib - FOTOLAR
27 Sep 2024 | 18:08
Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək
27 Sep 2024 | 18:04
BDU kollektivi Zəfər parkında - FOTO
27 Sep 2024 | 17:59
Husilər ABŞ-yə məxsus gəmilərə 23 ballistik raketlə zərbə endirib
27 Sep 2024 | 17:58
"Dəmir yumruq": Dövlət, ordu və xalq birliyinin təntənəsi - VİDEO
27 Sep 2024 | 17:53
Qazi: "Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim" - MÜSAHİBƏ + FOTO
27 Sep 2024 | 17:48
Sərhəddə gərginlik üçün İNFORMATİV ZƏMİN – Fransa, Kanada və digərləri çalışır ki…
27 Sep 2024 | 17:44
Nəsimi rayonunun bəzi küçələrində işıq olmayacaq
27 Sep 2024 | 17:40
Dövlət Komitəsinin kollektivi Zəfər parkında - FOTOLAR
27 Sep 2024 | 17:36
Polkovnik Seymur Qurbanov saxlanıldı
27 Sep 2024 | 17:32
Prokurorluq orqanlarına qəbulla bağlı imtahan bu tarixdə keçiriləcək
27 Sep 2024 | 17:30
“Cəbrayılda ata ocağımda daxmada da yaşayaram, o gecə sevincimdən yatmadım...” - FOTO
27 Sep 2024 | 17:28
“Bir gözümüz güldü, bir gözümüz ağladı, hamımızın onlara borcu var”- Afaq Bəşirqızı
27 Sep 2024 | 17:21
Dövlət Xidmətində Anım Günü tədbirləri keçirilib - FOTOLAR
27 Sep 2024 | 17:17
Laçın şəhərində də 27 sentyabr Anım Günü qeyd edildi...-FOTOLAR
27 Sep 2024 | 17:11
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - AÇIQLAMA
27 Sep 2024 | 17:05
Nazirlərin oktyabr ayında keçiriləcək vətəndaş qəbulu CƏDVƏLİ
27 Sep 2024 | 16:58
İranda əqli viran olanların erməni “eşqi”: hədəfdə Bakıdır
27 Sep 2024 | 16:52
Xəstə uşaqların qanpulunu "yeyən"lər arasında dava düşdü - MƏHKƏMƏ İŞİ
27 Sep 2024 | 16:46
Bərdədə Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
27 Sep 2024 | 16:40
Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti ilə görüşdü - FOTO
27 Sep 2024 | 16:38
Milli Qəhrəman İbad Hüseynov: “27 sentyabr böyük insanların tarixə qızıl hərflərlə həkk etdiyi böyük gündür!”
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 16:27
2025-ci ildə bu 4 bürc evlənəcək
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 16:16
Qüdrət Qurbanova yeni vəzifə verildi - Heydər Əsədovun yerinə gətirildi
27 Sep 2024 | 16:10
Azad Vətən Partiyasının bir qrup üzvü  Anım abidəsini ziyarət edib - FOTO
27 Sep 2024 | 16:05
Xətaidə yanğına görə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
27 Sep 2024 | 16:05
İsrail Hərbi Hava Qüvvələri Livana yenidən zərbələr endirib
27 Sep 2024 | 16:00
Elektrik və hibrid avtomobillər - Güzəştlər, üstünlüklər və QİYMƏTLƏR
27 Sep 2024 | 15:55
"Ukraynanın qələbəsi üçün Qərb öz yolunu təcili dəyişməlidir" - "The Economist"
27 Sep 2024 | 15:50
İran, Fransa və Hindistandan Ermənistana hərbi yüklərin göndərilməsi gərginliyə səbəb olub - FOTO
27 Sep 2024 | 15:44
"Neftçi" klubunda yeni təyinat - FOTO
27 Sep 2024 | 15:38
Payızda xəstələnməmək üçün bu qidaları qəbul edin
27 Sep 2024 | 15:32
Dünyada hər üçüncü uşaq miopiyadan əziyyət çəkir – Azərbaycanda da yayğındır
27 Sep 2024 | 15:27
ETSN mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır
27 Sep 2024 | 15:21
"Xəzər TV"nin işçiləri yanğına görə təxliyə olunub
27 Sep 2024 | 15:15
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO
27 Sep 2024 | 15:06
Baş Prokurorluğun rəhbərliyi Zəfər Parkında - FOTOLAR
27 Sep 2024 | 15:00
Rəqiblərindən üstün QIRICI: Hərbi təyyarə parkımız TAMAMİLƏ YENİLƏNİR – FOTOLAR
27 Sep 2024 | 14:55
"Ukraynada baş verənlər rüsvayçılıqdır" - Tramp Zelenski ilə görüşəcək
27 Sep 2024 | 14:54
Tarix fakültəsinin 28 dəfə istintaqda dindirilmiş dekanı hansı səbəbdən güllələndi?.. 
27 Sep 2024 | 14:50
Abşeronda avtomobillərdən 11500 manat oğurlandı - 4 nəfər tutuldu
27 Sep 2024 | 14:44
"Gəldi, amma dostlarının çiynində"
27 Sep 2024 | 14:38
Kadırov hücum etdi və məğlub oldu
27 Sep 2024 | 14:32
Layiqli Əmək üzrə növbəti Ölkə Proqramının layihəsi hazırlanır - FOTO
27 Sep 2024 | 14:26
Bərdədə Anım Günü ərəfəsində şəhid ailələri ziyarət olunub - FOTOLAR
27 Sep 2024 | 14:20
Yaşlı müəllimin tələbəsiylə şok sevgi macərası: "Yataqda olanda..." – TƏFƏRRÜAT
27 Sep 2024 | 14:14
Millimiz Ermənistanı məğlub etdi
27 Sep 2024 | 14:08
Penitensiar Xidmətdə şəhidlərimizin xatirəsi yad edildi - FOTOLAR
27 Sep 2024 | 14:02
DİM gələn ilin buraxılış imtahanlarının proqramını AÇIQLADI
27 Sep 2024 | 13:57
Britaniya səfirindən Anım Günü ilə bağlı paylaşım - FOTO
GÜNLÜK
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 10:31
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
27 Sep 2024 | 07:34
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusu gizlənir..." -  Müdafiə nazirləri...
27 Sep 2024 | 09:30
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
27 Sep 2024 | 08:59
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 08:31
"FSB" Ukrayna ordusunun Kursk vilayətində irəliləməsini dayandıra bilmir..."- ISW
27 Sep 2024 | 11:44
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
27 Sep 2024 | 09:23
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO
HƏFTƏLİK
24 Sep 2024 | 10:15
“Nə olsun o xanəndəlik sinfini bitirib, gəlin araşdıraq hansı muğamları bilir, öyrənib?”-Xalq artistindən İRAD+FOTO+ÖZƏL
26 Sep 2024 | 19:19
Məktəblərdə tədrisdən çıxarılmalı fənlər – Onları əvəz etməli çox vacib dərslər
21 Sep 2024 | 07:52
Pensiya yaşı 3 il artırılır - Oktyabrın 1-dən...
21 Sep 2024 | 16:52
Evi “kupçasız” olan vətəndaşların DİQQƏTİNƏ: 1 ildən 3 ilədək həbs gözləyir
25 Sep 2024 | 21:59
"İran Fələstinin mübarizə bayrağını daha daşımayacaq" - Məsud Pezeşkian
22 Sep 2024 | 16:55
Bitki yağları zərərlidirmi? - Mütəxəssisdən açıqlama
24 Sep 2024 | 15:25
Azərbaycanın ilk LAZER SİLAHI - FOTO
21 Sep 2024 | 08:07
Ekspertlər ən zərərli bitki yağının ADINI AÇIQLADI 
24 Sep 2024 | 23:23
Azərbaycana da gəldi - Əsas qadınları tutur, 89 gün davam edir...
21 Sep 2024 | 21:54
Oktyabr ayının ən şanslı bürcləri - Göyün 7-ci qatında hiss edəcəklər
AYLIQ
27 Sep 2024 | 16:21
Yaşar Nuri, Səyavuş Aslan və Amaliya Pənahovanın 34 il əvvəl çəkilən nadir GÖRÜNTÜLƏRİ
27 Sep 2024 | 10:52
Wi-Fi sürətini və gücünü artırmaq üçün 10 ÜSUL
27 Sep 2024 | 10:31
“Solovyovun bu addımı Rusiyada hansısa bir daxili qarşıdurmanın anonsu ola bilər...”
27 Sep 2024 | 07:34
"Putinin hay-küylü hədələrinin arxasında onun qorxusu gizlənir..." -  Müdafiə nazirləri...
27 Sep 2024 | 09:30
“Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki...”
27 Sep 2024 | 08:59
Narin Güranın qətlində gizlənən sirr - Əmi göstəriş verib, baldız təşkil edib
27 Sep 2024 | 16:32
Xətaidəki yanğın söndürüldü - YENİLƏNİB + FOTO/VİDEO
27 Sep 2024 | 08:31
"FSB" Ukrayna ordusunun Kursk vilayətində irəliləməsini dayandıra bilmir..."- ISW
27 Sep 2024 | 11:44
Tərbiyəsiz şagirdlərlə bağlı QƏRAR VERİLDİ: Məktəblərin hörməti, nüfuzu artacaq
27 Sep 2024 | 09:23
Məşhur azərbaycanlı qadın müğənni AİLƏLİ OLAN BU ŞƏXSLƏ eşq yaşayır? - VİDEO