Təcili yardım gec gəlir,
Cəmiyyət
1622
19 Sep 2024 | 10:45

Təcili yardım gec gəlir, "apteçkalar"da YOXDUR: Sərnişinlərin təhlükəsizliyi niyə NƏZƏRƏ ALINMIR? - VİDEO

İctimai nəqliyyatda qiymətlər artmağa davam etsə də, xidmət səviyyəsi dəyişməz olaraq qalır. Bakının bitib tükənməyən tıxac və nəqliyyatda insan sıxlığını nəzərə alsaq, səhhətində problem olan və yerində tibbi müdaxiləyə ehtiyacı olan insanlar üçün bu vəziyyət ciddi narahatlıq yaradır. Təcili yardımın gəlməsi vaxt apardığından ilk tibbi yardım vasitələri və digər zəruri tibbi ləvazimatlara ehtiyac olur. Əksər avtobus və metro qatarlarında isə bunları tapmaq qeyri-mümkündür.
 
Mövzu ilə bağlı "Apa TV"nin əməkdaşları süjet hazırlayıb. Yalnız "Baku bus" BMC-yə məxsus avtobuslarda ilkin tibbi yardım çantasını görmək mümkündür. Çantanın möhürlə bağlanmış olmasını sürücüdən soruşduqda o, avtobus istismara verildiyi gündən bəri ilkin tibbi yardım çantasının istifadə edilmədiyini bildirib. "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, metroda ilkin tibbi yardım çantasının olması indiki normativlərə görə qadağandır:
 
"Onun istifadə qaydaları və sərnişinin davranışı ilə bağlı müvafiq normativlər mövcud deyil. Metroda olan tibbi məntəqələrin hər biri yalnız işçi personalı üçün nəzərdə tutulub. Bununla bağlı istisna hallar da mövcud deyil. Çünki hər bir sərnişinin sağlamlığı fərdi qaydada olmalıdır. Bu mütləq qaydada peşəkarlar tərəfindən qiymətləndirilməlidir. Bu səbəbdən metrolarda yalnız ilkin yardım göstərilir".
 
Ətraflı Apa TV-nin süjetində:
 

 

Link kopyalandı!
Son xəbərlər