Bizi sosial şəbəkələrdən izləyin:
Baş nazir Əli Əsədov noyabr ayında Azərbaycanda iş və istirahət günlərinin vaxtının dəyişdirilməsi ilə bağlı qərar imzalayıb.
Moderator.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
Qeyd edək ki, 8-9 noyabr müvafiq olaraq, Zəfər Günü və Bayraq Günüdür. 9 noyabr həftənin şənbə gününə təsadüf etdiyi üçün noyabr ayının 11-i də qeyri-iş günü sayılacaq. Beləliklə, Azərbaycanda 6 gün - 8, 9, 10, 11, 12 və 13 noyabr tarixlərində iş olmayacaq.